XƏZƏRDƏ DƏHŞƏTLİ YANĞIN

xezer - yangin

Dənizdən həyəcanlı xəbərlər gəlir

“Qayıq qayalara çırpıla-çırpıla qalıb”

deniz_yanginDünən yanğın baş verən Günəşli yatağının 10-cu platformasından həyəcanlı xəbərlər gəlir. Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatını rəhbəri Mirvvari Qəhrəmanlı yanğın baş verən platformada  84 nəfərin olduğunu bildirib: “3 nəfər yaşayış blokunda sağdır. 36 nəfərlik qayıq cırılıb və orda 4 nəfəri xilas edə  biliblər. Onun da biri gəmidə rəhmətə gedib. 32 nəfər itkin düşüb. İkinci qayıqda 46 nəfər var, hələ də qayıq sallaq vəziyətdə svaylara cırpıla-çırpıla qalıb”.

O bildirib ki, yanğın baş verən platformada baş verən qəzaya görə, neft daşlarının rəhbərliyi tam məsuliyyət daşıyır, onlara cinayət işi açılmalıdır: “3 nəfərin həlak olması tam rəhbərliyin günahından olub. Dekabrın 4-də 10-cu platformada baş verən hadisə onu göstərdi ki, insan faktoru sonuncudur. Qəzaya qarşı hazırlıq yoxdur. Orada rezin xilasedici qayıqlar var. Onlar platformanın divarlarından zəncirlə bağlanır. Camaat oturub xilas olmaqlarını gözləyir. Təxliyə planı normal işləmir. Yanğının söndürülməsi üçüm müəyyən tədbirlər planı, avadanlıq olmalıdır. Hadisələrin başında həm “Azneft” İstehsalat Birliyinin, həm Neft Daşları, həm də Xoşbəxt Yusifzadə durur. Çünki bu hadisələrə yuxarıdan aşağı baxanda aydın olur ki, yoxlanılmır, başları qarışıb, insan məfhumu yaddan çıxıb”.

Qeyd edək ki, dünəndən başlayan yanğını söndürmək hələ də mümkün olmayıb.

~ tərəfindən Patriot 05/12/2015.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: