“TÜRKİYƏ HƏR MÖVZUDA AZƏRBAYCANIN YANINDADIR”

davudoglu-eliyev

Davudoğlu Bakıdan Putinə səsləndi: “İttihamlara son ver”

Türkiyənin baş naziri Əhməd Davudoğlu dekabrın 3-də nümayəndə heyəti ilə Bakıya səfər edib. Davudoğlu əvvəlcə ölkə başçısı İlham Əliyevlə təkbətək görüş keçirib, sonra isə nümayəndə heyəti ilə güniştərkibli görüş olub. Görüşlərdən sonra birgə mətbuat konfransı keçirilib.
Davudoğlu bildirib ki, İlham Əliyevlə görüş zamanı ikitərəfli münasibətlərlə yanaşı, Suriyadakı vəziyyəti də müzakirə edib, Rusiya hərbi təyyarəsini vurmaları ilə bağlı ona məlumat verib.

Davudoğlu Türkiyənin hər məsələdə Azərbaycanla birgə olduğunu diqqətə çatdırıb, TANAP layihəsinin tezləşdiriləcəyi barədə danışıb, Rusiyaya mesajlar ünvanlayıb:

“Türkiyənin naziri həm də Azərbaycanın naziri kimidir. Azərbaycanın naziri də həmçinin, Türkiyənin də naziri sayılr. Türkiyə hər mövzuda Azərbaycanın yanındadır. Siyasi və iqtisadi əlaqəərimiz hər zaman ən yüksək səviyyədə olub. Bunu sadəcə, sözlərlə ifadə etmirik, layihələrlə möhkəmləndiririk.

TANAP layihəsinin nəzərdə tutulduğu kimi 2018-də yox, daha tez başa gəlməsini istəyirik. Bu layihə ilə Bakını Asiyanın parlayan ulduzu olaraq görürəm. Bu layihədə Türkiyənin 9, Azərbaycanın 4 milyard dollarlıq yatırımı söz konusudur. Hədəfimiz ticarət dövriyyəmizi 15 milyon dollara çıxarmaqdır. Mədəniyyət və incəsənət, müdafiə sənayesi sahəsində də ortaq projelərimiz davam edəcək.

Türkiyə və Azərbaycanın birlikdə olduğu regional toplantılara önəm veririk. Qarabağ məsələsində bizim mövqeyimiz çox qətidir. Dünyada bir çox problemin çözümü sərhəd toxunulmazlığına qarşılıqlı sayğı ilə həll ounur. Ədalətli və davamlı sülh yolunda atılacaq addımları dəstəkləyəcəyimizi buradan bird aha bəyan etmək istəyirəm.

Bu gün müzakirə etdiyimiz mövzulardan biri də Suriyada son yaşanan hadisələrdir. Oktyabrın 24-də Rusiya təyyarəsinin vurulması ilə bağlı məlumatlar çatdırdım. Dostumuz, qonşumuz və böyük bir ortağımız olan Rusiyanın Türkiyənin öz sərhədlərini qoruduğunu anlamasını istəyirik. Türkiyənin aqressiv davranışı yoxdur və ola bilməz, amma sərhəd toxunulmazlığımız bizim üçün müqəddəsdir. Suriya böhranının Türkiyə qədər təsir etdiyi ikinci ölkə yoxdur. Bizsə Suriyanın bir qarış torpağına belə, göz dikməmişik.

Rusiya ilə istənilən mövzuda müzakirəyə hazırıq. Baxış və qənaətlərimiz fərqli olsa da, müzakirəyə açığıq. İqtisadi sanksiyaların siyasi problemləri çözəcəyinə inanmırıq. Biz Rusiyaya tətbiq edilən sanksiyalara qoşulmamışıq. Sanksiyalar həmişə hər iki tərəfə ziyan vurur. Rusiyaya səslənirəm: ritorikamızı yumşaldaq. Rasional qonşu ölkələr olaraq masa ətrafında problemlərin çözülməsi bizim istədiyimiz yanaşmadır. Putin çıxışlarında ittihamlara son verməlidir”.

Ölkə başçısı İlham Əliyev də Azərbaycanla Türkiyənin bütün məsələlərdə bir-birinin yanında olduğunu deyib. Bildirib ki, Azərbaycanın istəyi bölgədə sabitliyin olması və bütün ölkələrin dinc yaşamasıdır.

Əliyev qeyd edib ki, Azərbaycan Türkiyənin dünyada artan rolundan sevinir, onun daha güclü olmasını istəyir. Çünkli Türkiyənin güclü olması Azərbaycanın da güclü olması deməkdir. Ölkə başçısı Azərbaycanın ərazi bütövlüyünə verdiyi birmənalı dəstəyə görə Türkiyəyə təşəkkür edib.
Azərbaycanda zəngin qaz yataqlarının olduğunu deyən Əliyev əlavə edib ki, ölkəmizin əsas ixrac yolu Türkiyədir. Azərbaycan öz qazını Türkiyə və onun üzərindən Avropaya nəql edəcək.
***
Xatırladaq ki, Davudoğlu Bakıya yola düşərkən Ankara hava limanında da da Rusiyanın “Türkiyə İŞİD-dən neft alır” ittihamına sərt sözlərlə cavab vermişdi. “Soyuq müharibə dövründə Sovet təbliğat maşını var idi. Hər gün müxtəlif yalanlar uydurur, əvvəl özləri inanır, sonra da dünyanın inanmasını gözləyərdilər. Bunlar, “pravda yalanları, palavraları” deyə anılırdı. Rusiyanın son 20-25 il ərzində soyuq müharibədən sonra unutduğunu zənn etdiyimiz xüsusiyyətləri bir-bir ortaya çıxır. Bu Sovet təbliğat maşınının yalanlarına kimsə etibar etməz. İŞİD-dən neft alır, onu satırmışıq… Suriya sərhədi bütün dünya tərəfindən müşahidə olunur. Etik olaraq qa Türkiyə onsuz da belə işə getməz. Hər hansı bir dəlilləri də yoxdur. Əksinə, İŞİD-in Suriya rejimi ilə girdiyi çirkli əlaqələr və sivil xalqa istiqamətli qırğınlar mövzusunda isə dəlillər var. İŞİD-i bəsləyən, o şərtləri meydana gətirən ana qaynaq Suriya rejimidir. İŞİD-in vəhşi qırğınları qarşısında duran ilk ölkəyik”, – deyə o bildirmişdi.

~ tərəfindən Patriot 04/12/2015.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma