RUSİYA -TÜRKİYƏ ARASINDA GƏRGİNLK ARTIR

putin-erdogan

Ərdoğan: «Ailəmi bu işə qarışdırmaq əxlaqsızlıqdır»

Ərdoğan Rusiyanı İran misalı ilə hədələdi: “Bədəlini ağır ödəyərsiz”
Putin: «Türkiyə hələ çox peşman olacaq»

Təyyarə insidentindən sonra heç cür ortaq məxrəcə gələ bilməyən Rusiya və Türkiyə qarşılıqlı ittihamlara da ara vermir. Rusiya prezidenti Vladimir Putin dünən Türkiyənin ünvanına yenidən ittihamlar səsləndirib. Putin Rusiya təyyarəsini vurduğuna görə Türkiyənin hələ çox peşman olacağını bildirib.

AKP hökumətinin IŞID-lə neft biznesiÿqurduğunu bir daha dilə gətirənÿ Putin bu barədə əllərində konkret faktların olduğunu bildirib: “Türkiyədə kimlərin öz ciblərini doldurduğunu və terrorçulara pul qazanmaq üçün şərait yaratdığını yaxşı bilirik. Türk milləti mehriban, zəhmətkeş və istedadlıdır. Türkiyədə bizim köhnə və etibarlı dostlarımız var. Biz onlarla bu gün iqtidarda olanları və hərbiçilərimizin ölümünə görə məsuliyyət daşıyanları bir tutmuruq”.

“Silaha əl atmayacağıq, amma…”

Putin bildirib ki, Rusiya bu insidentə görə silaha əl atmayacaq. Amma Türkiyə də yalnız iqtisadi sanksiyalarla da canını qurtarmayacaq: “Bizdən əsəbi, isterik, Rusiyaya və bütün dünyaya təhlükə yaradacaq reaksiya görməyəcəklər. Addımlarımıza görə ölkəmiz və xalqımız qarşısında məsuliyyət daşıyırıq. Silaha əl atmırıq və bu barədə düşünmürük. Amma kimsə düşünürsə ki, bu alçaq cinayəti törətməklə – adamlarımızı öldürməkləÿcanlarını tək pomidorla qurtaracaqlar, dərindən yanılır. Çox peşman olacaqlar.ÿNə edəcəyimizi yaxşı bilirik. Başa düşə bilmirəm, onlar bu addımı niyə atdılar. Bütün problemləri ənənəvi yolla həll etmək mümkün idi. Ən həssas məsələlərlə bağlı ünsiyyətə hazır idik.

Türkiyə hökumətinin niyə belə etdiyini bir Allah bilir. Görünür, ağıl və məntiqdən məhrum etməklə Allah onları cəzalandırıb”.

Türkiyə əleyhinə növbəti açıqlama Rusiya Prezident Administrasiyasının rəhbəri Sergey Ivanovdan gəlib. Ivanov bildirib ki, Türkiyə hökuməti ilə əlaqələr bir daha əvvəlki kimi olmayacaq. Lakin Ivanov iki ölkənin terrora qarşı mübarizənin əvvəlki tempdə davam etdirəcəyini qeyd edib: “Rusiyanın türk xalqı ilə yaxşı münasibətləri var. Biz onları sevirik. Lakin o fikrimizdə qalırıq ki, Türkiyə hökuməti IŞID-dən neft alır və onu dünyaya satır”.

“Əlimizdəki sübutları bütün dünya görəcək”

Putinin AKP hökuməti və Ərdoğan əleyhinə hədə tonlu çıxışından sonra Türkiyə prezidentindən də cavab gəlib.
Ərdoğan da Ankaranın əlində Moskvanın IŞID-in neft biznesinə cəlb olunduğuna dair sübutların olduğunu deyib. Onun sözlərinə görə, bu işlə məşğul olanlar Rusiya vətəndaşlığı da olan bir suriyalı və Rusiyanın məşhur şahmatçılarından biridir: “Əlimizdə sübutlar var və onları bütün dünyaya nümayiş etdirəcəyik”.

Ərdoğan iddialarını möhkəmləndirmək üçün ilk dəfə ad da çəkib. Bu, Rusiya pasportu daşıyan suriyalı biznesmen Corc Hasvanidir.
Türkiyə prezidenti Rusiyanın Suriyada mövcudluğunu yersiz müdaxilə adlandırıb: “Ümumiyyətlə, Rusiya Suriyada nə axtarır? Rusiya 380 min insanı qətlə yetirən Əsədin dəvətinə razılıq verməyə məcbur deyildi. Əsəd qeyri-legitim bir rəhbərdir. Rusiya bunu görmək məcburiyyətindədir. Bunu Putinin özü ilə də müzakirə etdim. Ona görə burada açıq danışıram. Əsəd rejimi Suriyada 14 faizlik hakimiyyətə malikdir. Bu ölkənin legitim təmsilçisi Suriya xalqı və onu təmsil edən sivil müxalifətdir. Suriyadakı qarışıqlıq müxtəlif ölkələrin burada fəaliyyət göstərmələrinə səbəb olur. IŞID terror təşkilatının ən əhəmiyyətli fəaliyyət sahəsi olan Suriya bu səbəblə müdaxilələr üçün maneəsiz məkana çevrilib. Əsəd recimi də bu vəziyyətdən öz varlığını davam etdirmək üçün istifadə edir”.

“Rusiya buna davam etsə, qarşılığı ağır olacaq”

Ərdoğan bu işə ailəsinin qarışdırılmasına da sərt reaksiya verdi: “Ailəmi bu işə qarışdırmaq əxlaqsızlıqdır. Bunu daha əvvəl Iran televiziyaları etdi. Iran dövlət başçısı ilə bunu müzakirə etdim. Ona çox böyük bir səhvin içində olduqlarını bildirdim. Prezidentə bunun davam edəcəyi təqdirdə, qarşılığının çox ağır olacağını bildirdim. Təxminən 10 gün davam etdi, daha sonra buna son verdilər. Niyə? Çünki böhtan və yalan idi. Biz əlaqələrimizi kin və nifrət üzərində deyil, insani və diplomatik zəmin üzərinə qururuq”.

Davudoğlu: “Bu yalanlara heç kim inanmaz”

Baş nazir Əhməd Davudoğlu isə Rusiyanın bu ittihamlarını sovet üslublu təbliğat adlandırıb: “Türkiyənin IŞID-dən neft alması barədə iddialar sovet dövrünün təbliğat üsullarındandır. Soyuq savaş dövründə sovet təbliğat üsulu vardı. Ən müxtəlif yalanlar uydurulurdu. Buna əvvəlcə özləri inanırdı. Sonra da bütün dünyanın inanmasını gözləyirdilər.

Bunlar, “Pravda” yalanlarıdır. Rusiyanın son 20-25 il ərzindəÿsoyuq müharibədən sonra unutduğunu zənn etdiyimiz xüsusiyyətləri bir-bir ortaya çıxır. Bu yalanlara heç kim inanmaz. IŞID-dən neft alır, onu satırmışıq. Suriya sərhədi bütün dünya tərəfindən müşahidə olunur. Etik olaraq da Türkiyə belə işə getməz. Hər hansı bir dəlilləri də yoxdur. IŞID-in Suriya recimi ilə girdiyi çirkli əlaqələr və sivil xalqa istiqamətli qırğınlar mövzusunda isə dəlillər var. IŞID-i bəsləyən, o şərtləri meydana gətirən ana qaynaq Suriya recimidir. IŞID-in vəhşi qırğınları qarşısında duran ilk ölkəyik”.

~ tərəfindən Patriot 04/12/2015.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma