RƏSULZADƏNİN BÜSTÜNDƏN ÇUVAL ÇIXARILDI

resulzade-bust

İctimai rəy öz işini gördü

İctimai rəy öz işini gördüAzərbaycan Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin Gəncədəki büstündən torba, nəhayət, dekabrın 4-də çıxarılıb. Bu haqda məlumatı «Azərfax» Gəncə sakinlərindən birinə istinadla yayıb.

Məlumatda deyilir ki, dekabrın 4-ü səhər saatlarında Rəsulzadənin büstü yerləşən Dəmiryolçular parkında təmizlik işləri aparılıb və büstün üzərindən ağ örtük götürülüb.

resulzada_bustBüst uzun müddət idi ki, torbada saxlanılırdı. Rəsmi orqanlar bunu büstün yerləşdiyi parkın təmir olunması ilə izah edirdilər. Lakin park təmir olunub qurtarandan sonra da torba büstdən çıxarılmadı. Bu fakt ictimai fəallar tərəfindən qeydə alındı və qınanıldı. Büstün torbada saxlanması dəfələrlə ictimai gündəmə gələrək etirazlar doğurub. Sonuncu dəfə isə mövzu YAP-ın Gəncədən olan deputatı Naqif Həmzəyevin bu xüsusda suala cavabında Rəsulzadəni təhqir etməsi ilə gündəmə gəldi.

Büstün torbadan çıxarılmasına müxalifətdən operativ reaksiya gəlib. AXCP sədri feysbuk səhifəsində bu barədə yazaraq, hökumətin ictimai rəylə hesablaşmasını təqdir edib:

“Bu gün səhərdən M.Ə.Rəsulzadənin Gəncədəki büstünün başından ağ torbanı çıxarıblar. Hökumətin arabir də olsa, ictimai rəylə hesablaşması yaxşı haldır. Nəhayət, ictimaiyyətin səsi eşidildi. Ölkədə ictimai rəyi bərpa etmək lazımdır. Bunun üçün isə gərək hamımız aktiv vətəndaş mövqeyi nümayiş etdirək. Ən azı sosial şəbəkələr vasitəsilə ətrafımızda, ölkəmizdə baş verənlərə münasibət bildirək, biganə qalmayaq. Hakimiyyət də xalqın nə düşündüyünü, nələrə etiraz etdiyini bilsin. Hə, bir də, gərək hökumət arabir xalqla hesablaşdığına görə heç bir kompleks yaşamasın. Hakimiyyətin xalqla hesablaşması yox, hesablaşmaması pis əməldir. Xalqı hər zaman eşitmək lazımdır!”.

Xatırladaq ki, AXCP sədri ötən gün də bu mövzuya toxunaraq Rəsulzadənin büstündən torbanın çıxarılması üçün ictimai kampaniyaya çağırış etmişdi: “Bir halda ki, əksəriyyətimiz M.Ə.Rəsulzadəyə rəğbət bəsləyirik, niyə onun Gəncədəki abidəsinin başına torba keçirilməsinə də hamılıqla etiraz etməyək? Xalqımız Rəsulzadəyə dil uzadan Naqif Həmzəyevin dərsini yaxşı verdi. Digərləri də dərslərini alsınlar. Ümumxalq qınağı o qədər güclü oldu ki, iqtidar da YAP Gəncə təşkilatının sədri olan deputatının arxasından qaçmalı oldu. Amma biz bilirik axı, hakimiyyətin milli liderimizə gerçək münasibəti bu Naqifin münasibətindən heç də fərqlənmir. Rəsulzadənin şəklini manatın, adını BDU-nun üzərindən götürən, heykəllərini dağıdan da Naqif deyildi ki. Dostlar, o torbanın milli liderimizin abidəsinin başından çıxarılmasını hamılıqla tələb edək!”

~ tərəfindən Patriot 04/12/2015.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma