NEFT OLMAĞINA NEFTDİR, AMMA…

ruslar-isid-yalan

İraq kürdləri Putinin yalanını ifşa etdi

İraq Kürdüstanının rəsmiləri Rusiya Müdafiə Nazirliyinin İslam Dövləti adlanan təşkilatın ayağına yazdığı neft avtosisternlərinin kürdlərə aid olduğunu bildiriblər.

Bundan əvvəl Rusiyanın Müdafiə Nazirliyi guya İŞİD neftinin Türkiyəyə danınmasını göstərən peyk fotoşəkillərini və xəritələrini nümayiş etdirmişdi.

İraq Kürdüstanı parlamentinin energetika komitəsinin rəhbəri Şerko Cavdat Anadolu agentliyinə deyib ki, bu avtosisternlər doğrudan da Türkiyəyə neft daşıyır, lakin kürd muxtariyyətinin rəhbərliyi bunu heç vaxt gizlətməyib.
Cavdat deyib ki, avtosisternlərin daşıdığı neftin İslam Dövləti adlandırılan təşkilata heç bir aidiyyəti yoxdur. O əlavə edib ki, kürd qüvvələri elə bu təşkilata qarşı döyüşürlər.

Rusiya Müdafiə Nazirliyinin iddialarını İraq Kürdüstanı prezidentinin mətbuat katibi də təkzib edib.
Moskva iddia edirdi ki, Suriyadan cihadçıların nəql etdiyi oğurluq neftin alış-verişi ilə prezident Erdoğanın ailəsi məşğul olur.
Rusiya Müdafiə Nazirliyinin nümayiş etdirdiyi “dəlil” fotolarda həqiqətən də İraq Kürdüstanının ərazisi ilə Türkiyə istiqamətində gedən avtosistern karvanı görünür.

Ruslar iddia edirdilər ki, bu avtosisternlər İŞİD qruplaşmasına aiddir.

Türkiyə prezidenti Recep Tayyib Erdoğan Moskvanın irəli sürdüyü ittihamların doğrulacağı təqdirdə istefaya gedəcəyini vəd etmişdi.
Bunun ardınca, Türkiyə prezidenti İŞİD neftini satmaqda Rusiyanı və Assad hökumətini ittiham edib.

O deyib ki, İŞİD neftinin ən böyük müştərisi Assad hökumətidir və nefti Rusiya vətəndaşlığı olan biznesmen satır.

~ tərəfindən Patriot 04/12/2015.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma