NATO – dan RUSİYA ÜÇÜN ARZU OLUNMAYAN QƏRAR

nato

NATO Çernoqoriyaya dəvət göndərdi

NATO Rusiyanın əks çağırışlarına baxmayaraq Çernoqoriyaya ittifaqın 29-cu üzvü olması üçün dəvət göndərib.
Xarici işlər nazirləri toplantısının ikinci günündə, keçmiş Yuqoslaviya respublikalarından olan Çernoqoriya ilə üzvlük müzakirələrinə başlanması istiqamətində qərar verilib.

NATO-nun baş katibi Jens Stoltenberg qurumun qərarını belə dəyərləndirib: “Bu, tarixi bir qərardır. Bu gün həm Çernoqoriya, həm Qərbi Balkanlar, həm də NATO üçün gözəl bir gündür. Bu qərar, çox gözəl bir ittifaqın başlanğıcıdır”,- deyə baş katib bildirib.

NATO Türkiyəni hər vasitə ilə müdafiə edəcək

NATO ölkələrinə qarşı hibrid hücumları Vaşinqton razılaşmasının beşinci maddəsinin tətbiqinə gətirib çıxara bilər. Belə bir bəyanatla NATO baş katibi Yens Stoltenberq çıxış edib.

“Hibrid hücumu müxtəlif təhülkə yaratdığından müdafiə üçün də çoxlu sayda imkanlar lazımdır”, – deyə o bildirib.

Nümunə kimi Türkiyəni göstərən NATO baş katibi bu ölkənin müdafiəsi ilə bağlı uzunmüddətli planlarının olduğunu deyib. O əlavə edib ki, alyans bir neçə ildə Türkiyənin HHM sistemini gücləndirir. Yaxın həftələrdə də Türkiyənin müdafiəsi üçün əlavə tədbirlər görüləcək.

~ tərəfindən Patriot 02/12/2015.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma