NARDARANDA HƏBSLƏR DAVAM EDİR (FOTOLAR)

nardaran-emeliyyat

Nardarana qoşun yeridildi; qəsəbədə xüsusi əməliyyat; yeni həbslər var

Polis silah-sursat axtardığını deyir; Qəsəbə sakini: “Evdən ət baltasını “soyuq silah”, qabyuyan mayeni “əldəqayırma partlayıcı” kimi götürüblər, özləri ilə gətirdikləri silahı evdən tapılmış kimi aktlaşdırıblar”

19 nəfər həbs edilib

Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov “Azadlıq” radiosuna açıqlamasında kənddəki son vəziyyət barədə məlumatlar verib.
O deyib ki, Daxili Qoşunlar kənddən çəkilib:

nardaran_emeliyyat-Amma bəzi yerlərdə polis postları hələ də qalır. Yəqin sabah tamam çıxıb gedərlər.
– Kənddə işıqlar yandımı?
– Yox, işıqlar yanmayıb. İnşallah, yanar. 42 milyon manat borcumuz var, amma 42 milyonumuz yoxdur. Prezidentə müraciət edəcəyik.
– Polisin əməliyyatı zamanı nə qədər adam saxlanıb?
– Xeyli adamdır. 19-a qədər adamdır. Adlarını sabah açıqlayarıq, bəlkə sabah araşdırılıb buraxılsın. Daxili işlər nazirinin müavini Vilayət Eyvazov kənddə 15-20 adamla görüşüb. Deyib bizdə məlumat var ki, kimlərdəsə silah var, gətirin, təhvil verin. Mən də eyni şeyi deyirəm ki, kimdə silah var, aparınb təhvil versin. Bizə silah lazım deyil. Azərbaycanın kifayət qədər qoşunu var, silahı var. Nardaranda heç kəsə silah lazım deyil.
​- Kənddə evlərdə axtarış aparılıb və bəzilərində silah tapıldığı deyilir.
– Camaatın evində axtarış aparılıb. Kimin evindən silah tapılıb, kim təsadüfən saxlanıb, səhər açıqlama verərlər yəqin ki.
– Sizin evdə axtarış aparıldımı?
– Mənim evimdə niyə axtarış aparılsın? Allaha şükür ki, məndə bir şey yoxdur, elə bir qələt eləməmişəm, eləmərəm də. Bilsəm ki kiminsə evində silah var, alıb təpəsinə vuraram, aparıb təhvil verərəm. Kimdəsə silah varsa, aparıb təhvil versin, özünü də məsuliyyətdən azad etsin.

***
“Nardaran qəsəbəsində keçirilən xüsusi əməliyyat davam etdirilir”. Bunu AzTV-yə açıqlamasında Daxili Qoşunların komandanı Şahin Məmmədov bildirib. O, Nardaranda “ictimai asayişin, təhlükəsizliyin təmin olunması istiqamətində” bütün tədbirlərin icra ediləcəyini deyib.

***

Son məlumata görə, polis jurnalistləri Nardarandan çıxarıb.

***

Nardaranda 6 gündür işıq yoxdur. Dekabrın 1-də elektrik enerjisinin veriləcəyi deyilsə də, kənd hələ də işıqsızdır.
Polisin saxladığı kənd sakini Atabala Şahbazovun ailəsi Azadlıq Radiosuna deyib ki, evdən ət kəsən baltanı “soyuq silah”, qab yumaq üçün mayeni “əldəqayırma partlayıcı maddə” kimi götürüblər. Şahbazovun ailəsi deyir ki, polislər özləri ilə gətirdikləri silahı da evdən tapılmış odlu silah kimi aktlaşdırıblar.

Nardaranda davam edən axtarışlar həbslərlə müşayiət olunur. Azadlıq Radiosunun Nardaranda olan müxbiri xəbər verir ki, kənd sakini Atabala Şahbazov, ata və oğul Əli Hüseynovla Mehdi Hüseynov və daha bir kənd sakini saxlanılıb.

Trend agentliyinin yaydığı məlumata görə, daxili işlər nazirinin müavini Vilayət Eyvazov da hazırda Nardaran qəsəbəsindədir. V.Eyvazov qəsəbədə keçirilən xüsusi əməliyyatla əlaqədar qəsəbəyə gəlib.

Azadlıq Radiosunun müxbiri xəbər verir ki, Nardaran tamamilə mühasirədədir, kəndə gedən bütün yollar bağlıdır. İmam Hüseyn meydanı Daxili Qoşunların nəzarətindədir. Heç kimə çəkilişə icazə verilmir.

Ara məhəllələr belə mühasirədədir. Noyabrın 26-da əməliyyat keçirilmiş evə gedən yollar isə tamamilə bağlanıb. Kənddəki evlərdə əməliyyat davam edir. Daha iki kənd sakini saxlanılıb. Evlərdəki baltalar soyuq silah kimi götürülür.

“Kəndə qoşun yeridilib, hazırda əməliyyat keçirilir. Kənddə bəlkə də 10 mindən çox qoşun var”. Bunu Azadlqı Radiosuna Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov deyib:

“Əməliyyat səhər tezdən başlayıb. Deyirlər, silah axtarırlar. Demək olar ki, bütün kənddə axtarış aparılır. Bizə demişdilər, “meydanı boşaldın”, biz də boşaltdıq. İndi də qoşun yeridiblər. Silah axtarırlarsa, axtarsınlar. Kimin silahı varsa, gedib cəzasını çəksin. Bütün kəndi bərbad vəziyyətə salmaq olmaz”.

Natiq Kərimov kənddə işıq olmadığını, telefonun işləmədiyini də deyib: “Deyirlər, işığa borcunuz var. Telefona, internetə ki, borcumuz yoxdur…”.

***

Nardaranda noyabrın 26-da həyata keçirilən polis əməliyyatı zamanı öldürülən qəsəbə sakinlərinin meyitləri dekabrın 1-də səhər saatlarında qəsəbəyə gətirilib. Məlumata görə, Fərail və Rəfael Bünyatov qardaşlarının və Əkbər Babayev aolə üzvlərinin iştirakı ilə qəsəbə qəbiristanlığında dəfn ediliblər.

Əməliyyat zamanı qəsəbədə 5 mülki vətəndaş öldürülmüşdü. Onlardan 3-ü Nardaran, biri Gəncə və biri Masallı sakinləri idi. Gəncə və Masallıdan olanların meyitləri öz yerlərinə yola salınıb.

Nardaran qəsəbəsi dörd yandan hüquq-mühafizə orqanları tərəfindən mühasirəyə alınıb.
Nardaran Ağsaqqallar Şurasının sədri Məşədi Natiq Kərimovun Trend-ə verdiyi məluamta görə, hazırda kimsənin qəsəbədən çıxmasına icazə verilmir: “Hazırda kənddə Daxili Qoşunların, həmçinin Daxili İşlər Nazirliyinin əməkdaşları, polislər var. Heç evdən çıxmağa icazə verilmir.

Kənarla əlaqəmiz yoxdu, telefonlar işləmir”.

Nardaranda yenidən xüsusi əməliyyat keçirilir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, dekabr ayının 1-də saat 08.00-da qəsəbədə xüsusi əməliyyat keçirilməsinə başlanılıb. Müvafiq plana uyğun olaraq Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və nizami polis hissələrinin məhdud sayda xüsusi texnikası, şəxsi heyəti qəsəbəyə daxil olmuş, müəyyən edilmiş yerlərdə postlar qoyulub və hazırda xüsusi əməliyyat zonasında Baş Prokurorluğun, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin istintaq-əməliyyat qrupu fəaliyyət göstərir.

Yayılan rəsmi məlumatda Nardaran sakinlərindən xüsusi əməliyyat zamanı hüquq qaydasına ciddi riayət etmələri, ictimai asayiş, hakimiyyət nümayəndələrinin həyat və sağlamlığı üçün təhlükə törədən və şərait yaradan hərəkətlərə yol verməmələri, göstərişlərinə əməl etmələri tələb olunur. Eyni zamanda bildirilir ki, xüsusi əməliyyatı həyata keçirən qüvvələrə müqavimət göstərən, silahlı və ya silah qismində əşyalarla hücüm edən, ictimai qaydanı kobud surətdə pozan hərəkətlərə yol verən şəxslər haqqında qanun çərçivəsində dərhal ən ciddi tədbirlər görüləcək.

Xüsusi əməliyyat ölkə başçısının nəzarətindədir.

Bu gün səhər tezdən hüquq-mühafizə orqanları Nardaran qəsəbəsində təhlükəsizlik tədbirlərini gücləndirməyə başlayıb. Qəsəbə ətrafına xüsusi texnika cəlb olunub.

Sabunçu körpüsündən Zabrat-Maştağa-Nardaran istiqamətində avtomobillərin hərəkəti birtərəfli dayandırılıb. Buna səbəb səhər saatlarından başlayaraq Nardaran sakinlərinin Maştağa qəsəbəsindən Nardaran istiqamətində gedən yolu bağlamalarıdır. Onlar meyitlərin qaytarılmasını tələb edirlər.

Hüquq-mühafizə orqanlarının məsələ ilə bağlı əlavə məlumat yayacağı gözlənilir.

Nardaranda vəziyyət yenə gərginləşir. Qəsəbəyə avtobuslarla polislər və zirehli texnika aparılıb.

Bu gün səhər saatlarından etibarən hüquq-mühafizə orqanları Nardaran qəsəbəsində təhlükəsizlik tədbirlərini gücləndirməyə başlayıb.
Məlumata görə, Nardaranda sakinləri kənd istiqamətinə gedən avtomobil yolunu bağlamağa cəhd edibilər. Onlar Nardaran hadisələri zamanı ölən qəsəbə sakinlərinin meyitlərinin qaytarılmasını tələb ediblər.

Hadisə yerinə paytaxtın bir sıra polis idarələrinin əməkdaşları, eləcə də zirehli texnika cəlb olunub.

~ tərəfindən Patriot 02/12/2015.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: