TÜRKİYƏ MÜXALİFƏTİNDƏN DƏSTƏK

erdogan_destek

“Dik dur, əyilmə, bu millət səninlə!”

Türkiyənin Baş naziri CHP və MHP liderləri ilə bir araya gəldi

Türkiyənin baş naziri Əhməd Davudoğlu müxalifət liderləri ilə bir araya gəlib. CHP və MHP liderləri, Kamal Kılıçdaroğlu və Dövlət Bahçeli ilə görüş Türkiyə Böyük Millət Məclsiində baş tutub. Noyabrın 28-də Diyarbəkirdə törədilən terror aktı nəticəsində bölgənin Vəkillər Kollegiyası sədri Tahir Elçi və 2 polisin həlak olması üç liderin görüşünün əsas müzakirə mövzusu olub. Türkiyə mediasının yaydığı məlumata görə, Baş nazir Davudoğlu CHP və MHP liderləri ilə ayrılıqda görüşüb, onlara vəziyyətlə bağlı məlumatlar verib və yaranmış durumla əlaqədar fikir mübadiləsi aparılıb.

Bu arada prezident R.T.Ərdoğan Burhaniyyə Bələdiyyəsinin önündə əhali qarşısında çıxışında terrora qarşı mübarizənin davam etdiriləcəyini bəyan edib. Türkiyə prezidenti terrorçuların törətdikləri əməlllər görə cavab verəcəklərini deyib. Meydandakı vətəndaşların “Dik dur, əyilmə, bu millət səninlə!” şüarına təbəssümlə qarşılıq verən R.T.Ərdoğan “Biz nə dedik, dik duracağıq, dikləşməyəcəyik. Amma biz, Allahın hüzurunda rükuda əyilirik. Başqa heç bir yerdə əyilmək bizə yaraşmaz. Bəzilari bizə fərqli ağıllar verə bilər, onlar özlərinə saxlasın” deyərək, izdihamın alqışını qazanıb. Türk lider “biz bu millətə əfəndi yox, xidmətçi olaraq gəldik” deyib və iqtidarın həyata keçirəcəyi işlərdən bəhs edib.

~ tərəfindən Patriot 30/11/2015.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma