MİLLİ ŞURA NARDARAN HADİSƏSİ İLƏ BAĞLI BƏYANAT YAYDI

milli-sura-beyanat

Bəyanatda deyilir

“Noyabrın 26-sında Nardaranda böyük faciə yaşanıb. 2-si polis olmaqla 6 vətəndaşımız qətlə yetirilib. Zülmün, ədalətsizliyin, səriştəsizliyin və dövlət məsuliyyətsizliyinin qurbanı olmuş bütün soydaşlarımıza Allahdan rəhmət, ailələrinə və yaxınlarına səbr diləyir, onların açılarını paylaşırıq.
Demokratik Qüvvələrin Milli Şurası olaraq bəyan edirik ki, şərtlər nə qədər ağır və ədalətsiz olsa da siyasi mübarizədə zorakılıq, silah tətbiqi yolverilməzdir və bu, bizim rəhbər tutduğumuz dinc mübarizə prinsipləri ilə ziddiyyət təşkil edir. Üzləşdiyimiz bütün haqsızlıqlara baxmayaraq dövlət hakimiyyətini təmsil edən qüvvələrə, polisə müqavimət göstərməkdən çəkinmək lazımdır və əgər baş veribsə, belə hallar tərəfimizdən qətiyyətlə pislənilir.

Azərbaycan hakimiyyəti Nardaranda konkret bir qrup şəxsin dövlət çevrilişinə cəhd etdiyini, şəriət dövləti qurmaq istədiyini, İrandan yönəldildiyini iddia edir. Biz bu iddiaları əsassız hesab edirik. Lakin bu, gerçəkdən, belədirsə, həmin qüvvələrin qarşısına başı milyardlar toplamağa, quldur dəstələri yaradıb insanlara zülm etməyə, reketliyə qarışmış iqtidardan əvvəl bizlər- demokratik qüvvələr çıxacağıq. Əgər həqiqətən də Azərbaycanda silahlı çevriliş yolu ilə dövlət quruluşunu dəyişmək, şəriət dövləti qurmaq istəyənlər olarsa, hökumətə münasibətimizdən asılı olmayaraq, belə qüvvələrə qarşı səfərbər olacağıq.

Nardaran kəndinə inanclı vətəndaqşlarımızın müqəddəs dini mərasimə hazırlaşdığı bir ərəfədə, dövlət hakimiyyətinə yaraşmayan bir tərzdə-zibil maşınlarında daxil olaraq dindarların öz konstitusion hüquqlarını yerinə yetirərək dini ayin icra etdiyi- namaz qıldığı bir vaxtda silahlı hücum edilməsi insan hüquq və azadlıqlarının kobul şəkildə pozulması, dövlətin öz vətəndaşına qarşı yolverilməz qəddar davranışı kimi qətiyyətlə pislənilməlidir. 6 vətəndaşımızın ölümünə səbəb olan bu basqın hadisəsi həm də hüquq-mühafizə olqanlarının qeyri-peşəkarlığının və səriştəsizliyinin əyani sübutudur. Hakimiyyətin məqsədi Hacı Taleh Bağırzadəni həbs etmək idisə, buna görə Nardarana silahlı hücum təşkil edib 6 vətəndaşımızın ölümünə səbəb olmağa ehtiyac yox idi. Onu daha əvvəllər də dəfələrlə olduğu kimi hüquq-mühafizə orqanlarına dəvət etmək kifayət idi. Hacı Taleh heç vaxt belə çağırışlardan yayınmamışdı.

Hər zaman dinc, sivil mübarizənin tərəfdarı kimi çıxış edən Taleh Bağırzadəyə və tərəfdarlarına qarşı səsləndirilən ittihamları əsassız, saxta və uydurma hesab edir, bütövlükdə hadisəni hakimiyyətin inanclı vətəndaşlarımıza qarşı təxribatı hesab edirik. Hadisə barədə faktların gizlədilməsi, hadisənin videoçəkilişlərinin yayımlanmaması, altı nəfər vətəndaşımızın, o cümlədən iki nəfər polis işçisinin konkret kimin tərəfindən öldürülməsi barədə sübutların cəmiyyətə təqdim edilməməsi, eyni zamanda, Taleh Bağırzdə və digər həbs edilənlərlə vəkillərin görüşünə imkan verilməməsi bu qənaətimizi daha da gücləndirir.

Bu dəhşətli faciədən, haqsızlıqdan sarsılmış inanclı Nardaran sakinlərinə müraciət edirik. Nə qədər ağır olsa da emosiyalarınızın sizi daha böyük faciələrə cəlb etməsinə, yeni təxribatların baş verməsinə, vəziyyətin daha da gərginləşməsinə imkan verməyin. Daşla, kəsəklə, armaturla silahlanmaq, Nardaranın giriş və çıxış yollarını bağlamaq, dövlət hakimiyyəti nümayəndələrinə müqavimət göstərmək vəziyyətdən çıxış yolu deyil və yolverilməzdir. Nardaran camaatına qarşı edilən haqsızlığa, ədalətsizliyə, zülmə qarşı mübarizə yalnız və yalnız dinc yolla aparılmalıdır və belə mübarizədə Milli Şura olaraq haqqı pozulan hər bir vətəndaşımızın yanındayıq”.

~ tərəfindən Patriot 29/11/2015.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma