RUSLARA AİD SU-24 HƏRBİ TƏYYARƏSİ VURULDU (VİDEO – FOTOLAR)

su -24 vuruldu

Türkmənləri bombalayan Rusiya təyyarəsini Türkiyə vurdu

su-24Türkiyənin prezident administrasiyası Suriya ilə sərhəddə Rusiya qırıcısının vurulduğunu təsdiqləyib. Administrasiyadan bildiriblər ki, vurulan SU-24 hərbi təyyarəsidir. Təyyarə Türkiyə sərhədini pozub edilən xəbərdarlıqlara məhəl qoymayandan sonra vurulub.

Məlumatda deyilir ki, prezident Ərdoğan hadisəni yaxından təqib edib və bununla bağlı bir sıra telefon müzakirələri aparıb.
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahından isə bildirilib ki, təyyarəyə sərhədi pozduğu 5 dəqiqədə 10 dəfə xəbərdar edilib. Təyyarə xəbərdarlıqlara məhəl qoymayandan sonra isə vurulub.

Türkiyənin F-16 qırıcıları Suriya sərhədində, Türkmən Dağı ərazisində bir hərbi təyyarəni vurub. Təyyarə Türkiyə sərhədini pozurmuş.
Təyyarənin vurulduğunu Türkiyə ordusundakı mənbələr təsdiqləyib.

Təyyarənin hansı ölkəyə məxsus olduğu rəsmən açıqlanmır. Lakin bir sıra mənbələr onun Rusiya təyyarəsi olduğunu bildirir.
Əl-Cəzirə telekanalı isə təyyarənin Rusiyaya aid olduğunu xəbər verib.

Türkiyənin Cihan xəbər agentliyi də bildirib ki, təyyarə Hatayın Qızıldağ bölgəsi Murtlu mövqeyində türkmənlərə bomba yağdıran Rusiya hərbi təyyarəsidir.

Türkiyə saytları hərbi qaynaqlara istinadla təyyarənin Rusiya istehsalı olan MİG-23 olduğunu dəqiqləşdirib.

Döyüş bölgəsindəki türkmən qaynaqlar bildiriblər ki, təyyarə zenit raketi ilə vurulub və təyyarədən paraşutun süzüldüyü görülüb.
Hərbi mənbələr də pilotların paraşutla tullanaraq xilas olduğunu bilidirb. Türkmən qaynaqlar isə Əl-Cəzirəyə deyiblər ki, pilotlar Türkmən bölgəsindədirlər.

Rusiya saytları da Türkmən Dağı bölgəsində hərbi təyyarənin vurulduğunu, pilotların isə katapultla xilas olduğunu xəbər verib.

Rusiyanın Müdafiə Nazirliyindən də İnterfaks agentliyinə bildiriblər ki, Suriya ərazisində Rusiya hərbi təyyarəsi vurulub. Nazirlik təyyarənin SU-24 olduğunu və yerdən vurulduğunu qeyd edib. Nazirliyin iddiasına görə təyyarənin Türkiyə sərhədini pozduğu haqda deyilənlər doğru deyil.

Xatırladaq ki, Türkiyə Rusiyanın Suriyadakı türkmən qrupları bombalamasına görə ötən gün bu ölkəyə nota vermişdi. Notada deyilirdi ki, Türkiyə öz sərhədinin pozulması təhlükəsi qarşısında qaydalara uyğun davranacaq.

~ tərəfindən Patriot 24/11/2015.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma