ANTALYADA «G-20» SAMMİTİ İŞİNƏ BAŞLADI

g_20_ turkiye

Dünyanın gözü Türkiyədə: böyük güclər terrora qarşı birgə fəaliyyətə qərar verdi

Dünən bütün dünyanın gözü Türkiyədə – sayca 10-cu dəfə keçirilən və Antalyada öz işinə başlayan “Böyük iyirmilik”in (G-20) sammitində idi. Iki gün davam edəcək sammitdə 19 üzv dövlət, Avropa Birliyi, BMT kimi aparıcı beynəlxalq qurumların nümayəndələri, həmçinin Azərbaycan, Zimbabve, Malaziya, Seneqal, Sinqapur prezidentləri iştirak edir. Azərbaycan tədbirə sammitə ev sahibliyi edən Türkiyənin dəvəti ilə qatılıb.
Sammitdə 2 mindən artıq media nümayəndəsi, 13 mindən çox qonaq iştirak edir. Qonaqların təhlükəsizliyini təmin etmək üçün 12 min polis ayrılıb.

g-20 - antalyaBudəfəki sammitin əsas mövzuları qlobal iqtisadiyyatın gücləndirilməsi, sərmayələr, həmçinin qaçqın problemi və dünyanı başına alan terror olaylarıdır.

Sammitə qatılmaq üçün ABŞ prezidenti dünən yerli vaxtla 6.50-də Türkiyəyə gəlib. Prezident təyyarəsi “Air Force One”la Antalya hava limanına enən Obamanı iqtisadiyyat naziri Nihat Zeybekci, Antalya valisi Muammer Türker, Böyükşəhər bələdiyyə başqanı Menderes Türel və digər rəsmilər qarşılayıb. Obama onu gözləyən limuzinə minərək qalacağı mehmanxanaya yollanıb. ABŞ prezidentinin gəlişi ilə bağlı hava limanında təhlükəsizlik tədbirləri ən üst səviyyəyə qaldırılıb.

Prezident Rəcəb Tayyib Ərdoğan dövlət və hökumət başçılarını toplantının keçirildiyi “Regnum” oteldə bir-bir qarşılayıb. Sammitdən əvvəl qonaqlar kollektiv şəkil çəkdiriblər. Ev sahibi kimi Ərdoğanın sağında ABŞ prezidenti Barak Obama, solunda “G-20”nin 2016-cı ildəki sammitinin ev sahibi olacaq Çinin lideri Si Tszinpin yer alıb.

Terror qurbanları yad edildi

Sammit oktyabrın 10-da Ankarada, noyabrın 13-də Parisdə törədilmiş terror aktları qurbanlarının xatirəsinin yad edilməsi ilə başlayıb. Rəcəb Tayyib Ərdoğan bildirib ki, əvvəlcə Türkiyədə, daha sonra Parisdə törədilən terror aktları terrorizmin bütün dünyada sülh və təhlükəsizliyə təhdid olduğunu ortaya qoyub. Onun sözlərinə görə, terrorla mübarizədə qəti addımlar atılmalıdır və Antalya sammiti bu baxımdan xüsusi əhəmiyyət daşıyır: “G-20”nin diqqət mərkəzində “sasən iqtisadiyyat, siyasət, sosial məsələlər olsa da, insan amili məsələsini bunlardan ayırmaq düzgün deyil. Son hadisələr bir daha göstərir ki, dünyada sülhün bərqərar olması üçün əməkdaşlığı gücləndirməliyik. Qaçqınlar məsələsi beynəlxalq səviyyədə müzakirə olunmalı və bu sahədə əməkdaşlıq daha da möhkəmləndirilməlidir. Beynəlxalq birliyin bu sahədə fəaliyyəti lazımi səviyyədə deyil. “G-20”nin Antalya sammiti bu məsələnin həllində tarixi rol oynaya bilər. “G-20”nin sammiti təkcə böhran zamanlarında xatırlanacaq bir platforma olmamalıdır. Qlobal iqtisadi böhranın başladığı 2008-ci ildən bəri bu problemi həll etmək mümkün olmur. Atılan bütün addımlara baxmayaraq, hələ də güclü iqtisadi uğurlara nail olmamışıq. Bu baxımdan beynəlxalq birliyin atacağı addımlar getdikcə daha çox əhəmiyyət daşıyır”.

Obama ilə Ərdoğanın 1 saatlıq görüşü

“G-20” sammiti çərçivəsində ABŞ prezidenti ilə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında görüş olub. Bir saat davam edən görüşdən sonra Obama və Ərdoğan terrora qarşı birgə fəaliyyət barədə qərar veriblər. Ərdoğan bildirib ki, Fransadakı terrorda 129 nəfərin həyatını itirməsindən kədərlənirlər və baş verənləri qınayırlar: “G-20” sammitini əvvəlcədən müəyyənləşdirilən mövzular üzrə davam etdirəcəyik. Lakin dünyada baş verən terror olayları ilə bağlı mövqeyimiz sammitdə çox qəti və sərt şəkildə dilə gətiriləcək”.

Prezidentlər Suriya məsələsini də müzakirə ediblər. Ərdoğanın sözlərinə görə, müzakirələr zamanı koalisiya qüvvələri ilə bağlı bundan sonra atılacaq addımlar dəyərləndirilib: “Bundan sonra əməkdaşlığımızı dünya barışı adına davam etdirəcəyik”.

Obama Paris terroru ilə bağlı vacib məqamları “G-20” sammitində qaldıracaqlarını deyib: “Ankaradakı hücumdakı kimi, Parisdə baş verənlər də sadəcə Fransa və Türkiyəyə deyil, bütün insanlığa edilən hücumdur. Bu xain hücumu edənlərin ədalət mühakiməsilə üzləşməsi üçün əlimizdən gələni etməyə hazırıq. Türkiyə həm Suriya, həm də Iraqda IŞID-lə mübarizədə önəmli bir koalisiya ortağıdır. IŞID təhlükəsini necə yox edəcəyimiziyi müzakirə etdik. Türkiyə və türk xalqı əksəriyyəti Suriya və Irqadan olmaqla, 2.5 milyon qaçqın saxlayır. Bu çox ağır yükdür. Bu böhranın həllinə yardım üçün başqa ölkələrin nə edə biləcəyi barədə danışdıq”.

Fasilə zamanı prezident Obama ilə rusiyalı həmkarı Putinin bir araya gəlməsi də diqqətlərdən qaçmayıb. Onların tərcüməçi vasitəsilə müzakirə aparmaları otaqdakıların da marağına səbəb olub. Prezdentlərin daha sonra ikitərəfli görüşü də gözlənilir.

“Qaçqınların dənizlərdə boğulmasını görmək istəmirəm”

Sammitlə paralel olaraq Suriya qaçqınları ilə bağlı panel müzakirələri keçirilib. Bu müzakirələri Ərdoğanın həyat yoladaşı Əminə Ərdoğan açıb. Ə.Ərdoğan dünya liderlərinə və onların xanımlarına müraciət edərək bildirib ki, qaçqın probleminə daha etik və əxalaqi yanaşma olmalıdır. O qeyd edib ki, qaçqınların dənizlərdə boğularaq ölməsini görmək istəmir.

Bu gün isə “G-20”də “Iqtisadi inkişafda sabitliyin artırılması” mövzusunda keçiriləcək müzakirələrdə maliyyə tənzimləmələri, beynəlxalq vergilər, korrupsiyaya qarşı mübarizə, Beynəlxalq Valyuta Fondunda islahatlar aparılması ilə bağlı fikir mübadiləsi aparılacaq. Eyni zamanda ticarət və energetika məsələri müzakirə olunacaq.ÿ Bu məsələlərlə bağlı “Antalya fəaliyyət planı” qəbul ediləcək. Sammitin yekunları ilə bağlı ev sahibi kimi prezident Ərdoğan mətbuat konfransı keçirəcək.

~ tərəfindən Patriot 16/11/2015.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma