ARİF YUNUS SƏHHƏTİ İLƏ ƏLAQƏDAR AZADLIĞA BURAXILDI

arif-yunus-azadliqda

Arif Yunusun səhhəti yenidən pisləşib

Noyabrın 12-dən 13-ə keçən gecə Arif Yunusun səhhəti yenidən pisləşib, təzyiqi yüksəlib.
Bu barədə Azadlıq radiosuna onun yanında olan psixoloq Azad İsazadə məlumat verib.
Azad İsazadə bildirib ki, Arif Yunus noyabrın 13-də həkim müayinəsindən keçib:

«Həkim müayinəsindən keçməli olduq, çünki təzyiqi yüksəkdir, enmir. Həkim də məsləhət gördü ki, ev şəraitində müalicəsini davam etdirsin».
Tarixçi-alim Arif Yunus səhhətində yaranan problemlərə görə noyabrın 12-də başqa yerə getməmək barədə iltizam alınaraq həbsxanadan buraxılıb.

Qanunsuz sahibkarlıq, vergidən yayınma və digər iqtisadi cinayətlərdə ittiham olunan Arif Yunus bu ilin avqustunda 7 il azadlıqdan məhrum edilmişdi.

Eyni ittihamlarla 8 il 6 ay həbs cəzası alan həyat yoldaşı, hüquq müdafiəçisi Leyla Yunusun növbəti məhkəmə prosesi dekabrın 7-dədir.
Yunusların özləri ittihamları rədd edirlər.

~ tərəfindən Patriot 13/11/2015.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma