İRANDA RASİZMƏ QARŞI ETİRAZLAR BAŞLADI (VİDEO – FOTOLAR)

stop racism

Güney Azərbaycan ayağa qalxdı

stop_racism_iranNoyabrın 9-da İranın Təbriz, Ərdəbil, Urmiyə, Zəncan və başqa şəhərlərində, eləcə də paytaxt Tehranda Azərbaycan tüerklərinin izdihamlı etiraz aksiyaları keçirilib. Aksiyalara sbəb İranın televiziyasının 2-ci kanalında İRİB TV-2 kanalında yayımlanmış verilişdə türklərin təhqir edilməsidir.

Uşaqlar üçün nəzərdə tutulmuş “Fitilieh” (farscadan tərcümə: fitil) komediya proqramında belə bir səhnəcik hazırlanıb: Azərbaycanlı uşaq tualet fırçası ilə diş fırçasını səhv salır və dişlərini tualet fırçasıyla təmizləyir. Bundan sonra uşağın atası otel sahibindən üzr istəyir və oteldən gələn pis qoxuya uşağın səbəb olduğunu bildirir. Uşaq və atasının dialoqu azərbaycan dilində verilib. Proqram noyabrın 6-da yayımlanıb.

Telekanalın bu verilişini özlərinə qarşı həqarət bilən Güney Azərbaycan türkləri hiddətlənib və etiraz aksiyalarına qərar verilib.

“BBC Farsca”nın verdiyi xəbərdə deyilir ki, İranın Dövlət Televiziya və Radio Şirkəri bəyanat verərək “Fitilieh” verilişində səslənən sözlərə görə azərbaycanlılardan üzr istəyib. Təşkilatın verdiyi bəyanatında deyilir ki, faktiki olaraq bu verilişin yayımı “səhlənkarlıq” səbəbindən “lazımlı işlər görülənə və son nəticəyə gələnə kimi” bağlanıb və kanalın işçilərindən biri vəzifəsindən uzaqlaşdırılıb.

“6 noyabr tarixində efirə gedən verilişdə “yalnışlıq, diqqətsizlik, verilişi hazırlayan əlaqədar şəxslərin düzgün nəzarət etməməsi səbəbindən, azərbaycan dilində gedən dialoqlar cəsur və əziz azərbaycan dilli həmvətənlərimizin narahatçılığına və inciməsinə bais olmuş və şikayətlərin daxil olmasına səbəb olub.

Bu səbəbdən də, telekanalın yayım direktoru və uşaq verilişləri departamentinin direktoruna işində səhlənkarlığa görə yazılı töhmət veriləcək, verilişin nəzarətinə məsul olan yayım direktorunun müavininə isə töhmət verilərək işdən çıxarılacaq”, – deyə bəyanatda qeyd olunur.



~ tərəfindən Patriot 11/11/2015.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma