GÜNEY AZƏRBAYCAN AYAĞA QALXDI

urmiye etiraz

İran telekanalı türkləri təhqir etdi

Güney Azərbaycanda fars irqçiliyinə qarşı nəzərdə tutulan kütləvi etiraz aksiyaları Urmiyə universitetində start götürüb.
Təbriz vaxtı ilə saat 16:00-da başlamalı olan etirazlar təyin olunmuş vaxtdan biraz öncə başlanılıb.

Urmiyə universitetinin öyrənciləri İran televiziyasının türkləri təhqir etməsini kəskin qınayıb, bu haqda şüarlar səsləndiriblər. Onlar üzərində irqçiliyə qarşı şüar yazılan plakatlar da qaldırıblar.

Oxşar yığıncaqların yerli vaxtla saat 16:00-da bu şəhərin Ətayi xiyabanında keçiriləcəyi gözlənilir.

Qeyd edək ki, bu gün Güney Azərbaycanın Təbriz, Zəncan, Ərdəbil, Urmiyə və Astara kimi böyük şəhərlərində saat 16:00-da fars irqçiliyinə qarşı etiraz aksiyalarının keçiriləcəyi gözlənilir.


~ tərəfindən Patriot 09/11/2015.

Bir Cavab to “GÜNEY AZƏRBAYCAN AYAĞA QALXDI”

  1. Güney Azərbaycanında yaşayan azəri türklərinin qanuni olaraq hüquqlarını tələb edirlərsə,bu onların vətəndaşlıq borcudur.Bütün ölkələrdə yaşayan insanlar bir vətəndaş kimi öz hüquqlarını tələb edə bilər.Bu addımı atmaqlarında heç bir qəbahət yoxdur.Mən də bir Azərbaycan vətəndaşı kimi Güney Azərbaycandakı azəri türklərinin qanuni vətəndaş haqqları pozulursa,daima onların səsinə səs verməyə hazıram.Bütün Güney Azərbaycandakı azəri türklərinin nəzərlərinə çatdırıram ki,atdıqları bütün addımlarını hüquqi sənədlər əsasında əmələ yetirsinlər.Belə olarsa,onlara cinayət işi qaldıra bilməzlər.Rəbbim Güney Azərbaycanında yaşayan həmvətənlərimizin yar və yardımçısı olsun.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma