HƏR BİR VƏTƏNDAŞA AYDA 800 AVRO

avro

Finlandiya hökuməti ölkədə islahat keçirməyə hazırlaşır

Ölkənin hər bir sakininə ayda 800 avro pul ödəniləcək. Bunun müqabilində sakinlər heç bir iş görməli olmayacaqlar. Bu islahatdan sonra ölkənin hər bir vətəndaşı dövlətdən hər ay “elə-belə” 800 avro alacaq.

Finlandiyanın Yle nəşrinin verdiyi məlumata görə, islahatın başlanğıc mərhələsində ödənişin məbləği ayda 550 avro, sonra isə ayda 800 avro olacaq. Hökumət bu layihə üzərində işi 2016-cı ilin noyabr ayına qədər tamamlamağı planlaşdırır. Bu ideyanı ilk dəfə irəli sürən baş nazir Yuxa Sipilanın fikrincə, qeyd-şərtsiz gəlir sosial sığortanı əvəz edəcək.

2016-cı ilin yanvar ayında Niderlandın Utrext şəhərində də belə bir pilot layihə tətbiq ediləcək. Orada hər sakinə ayda 900 avro ödəniləcək.
Şərtsiz gəlirin tətbiq edilməsi üzrə bundan əvvəl aparılmış eksperimentlər göstərib ki, bu tədbir sosial gərginliyi azaldır və tüfeyliliyin artmasına səbəb olmur.

 

~ tərəfindən Patriot 05/11/2015.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma