PUTİN YENƏ YOXA ÇIXDI

putin

“Əgər Vladimir Putin görünmürsə, bu, o deməkdir ki, vəziyyət çox ciddidir”

ANS PRESS-in məlumatına görə, Rusiya mətbuatı qonşu ölkə prezidentinin təyyarə qəzası ilə bağlı rusiyalılara müraciət etməməsinə diqqət çəkib.

Bildirilib ki, o, Sankt-Peterburqun yetirməsi olsa da, Rusiya aviasiyasının tarixində ən genişmiqyaslı aviaqəza ilə bağlı ruslara və sankt-peterburqlulara rəsmi müraciətlə çıxış etməyib. Dövlət başçısının hazırda harada olması haqqında heç nə məlum deyil.

Onun qəza ilə bağlı sadəcə iki fərman verdiyi qeyd edilib. Həmin fərmanlar oktyabrın 31-də Kremlin saytında yerləşdirilib.

Putinin sərəncamlarından biri qəza baş verən yerə Fövqəladə Hallar Nazirliyi nümayəndələrinin göndərilməsi, həlak olanların ailələrinə köməklə bağlı idi. Digəri isə baş verən qəza ilə bağlı ölkədə matəmin elan edilməsi haqqında olub.

Rusiya prezidenti bundan əvvəl də yoxa çıxıb. Sonuncu dəfə mart ayında Putinin ictimaiyyət içərisində görünməməsi söz-söhbətə səbəb olmuşdu.

kabaevaPutinin 10 günlük yoxluğu ərzində onun haqqında ən müxtəlif şayiələr yayılmışdı. Bəziləri onun insult keçirdiyini, bəziləri isə Putinin botoks etdirdiyini iddia edirdi.

Hətta Rusiya prezidentinin məşuqəsi olduğu iddia edilən bədii gimnastika üzrə olimpiya çempionu Alina Kabayevanın uşağını dünyaya gətirdiyini, Putinin də onun yanında olduğunu deyənlər də var idi. Bəzi kütləvi informasiya vasitələri həmin uşağın məhz Putindən olduğunu da yazırdı.

Bundan başqa, Rusiya prezidentinin İslamı qəbul etməsi və Həcc ziyarətində olması haqqında da söz-söhbət yayıldı. Ən sonuncu şayiə isə Putinin saray çevrilişi nəticəsində ölməsi haqqında idi.

Lakin martın 16-da Vladimir Putin ortaya çıxdı və bütün olanlara qısaca cavab verərək “dedi-qodu olmadan darıxdırıcı olar” dedi.
Həmin dövrdə müstəqil hərbi şərhçi Pavel Felgenqauer Putinin yoxa çıxması haqqında suala cavab verərkən bildirib ki, işlər yolunda olmayanada Putin həmişə yoxa çıxır.

“Bu, onun özünəməxsus xasiyyətidir; əgər nə isə, həqiqətən, pisdirsə, o, yoxa çıxır. Məsələn, 2000-ci ildə “Kursk” sualtı qayığındakı faciə baş verəndə o, uzun müddət ictimai bəyanat verməmişdi. Odur ki, əgər Putin görünmürsə, bu, o deməkdir ki, vəziyyət çox ciddidir”, – deyə Felgenqauer bildirib.

~ tərəfindən Patriot 04/11/2015.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma