NATO – nun ZABİTİNDƏN QARABAĞ AÇIQLAMASI

William Lahue-nato

“Rusiya Azərbaycanı və Ermənistanı öz maraqları üçün istifadə edir”

“Dağlıq Qarabağ münaqişəsi tərəflərinə silah verən ölkə münaqişənin davamına xidmət edir”.

ANS PRESS-in məlumatına görə, bu sözləri NATO -nun Cənubi Qafqaz üzrə əlaqə zabiti Uilyam Lahyu (William Lahue) Ermənistandakı NATO Həftəsi çərçivəsində keçirilən mətbuat konfransında deyib.

NATO nümayədəsi bildirib ki, təşkilat münaqişənin tənzimlənməsi prosesində bilavasitə iştirak etmir: “Bu məsələ ilə məşğul olan təşkilatlar var. Davam etməkdə olan problem bütün regiona təsir edir. Mənfi təsir təkcə təhlükəsizliklə bağlı deyil, həm də bölgənin gələcəyi və iqtisadi inkişaf baxımından da özünü göstərir”.

NATO nümayədəsinin bu açıqlaması Ermənistana və Azərbaycana silah satmaqla həm münaqişəni uzadan, həm də külli miqdarda pul əldə edən Rusiyaya yönələ bilər. Çünki Rusiya hər iki tərəfi silahlandırmaq üçün canla başla səy göstərir.
Hətta Rusiya güzəştli şərtlər əsasında bu ildən etibarən Ermənistana 200 milyon dollar kredit ayıracaq. Bu vəsait respublikanın hərbi qüvvələrinin arsenalını müasir silahlarla genişləndirməyə imkan verəcək.

Bu barədə Ermənistan prezidentinin mətbuat-xidməti məlumat yayıb: “Ermənistan-Rusiya hökumətlərarası komissiyasının iclasında Ermənistana 200 mln. dollar kredit ayrılması barədə razılaşma əldə olunub. Bu Ermənistan hərbi qüvvələrinin yeni, müasir silahlarla təchiz olunmasına imkan verəcək”.

Rusiya Azərbaycana da kifayət qədər silah satır. Azərbaycan son illər Rusiyadan milyardlarla dollarlıq yeni silah sistemləri və hərbi texnika alıb və almaqda davam edir. Bir neçə il əvvəl Rusiya Azərbaycana 100 ədəd “T-90C” tankı göndərib. Bu barədə iki ölkə arasında anlaşma isə 2011-ci ildə imzalanmışdı. Bundan əlavə, “Rosvertol” şirkəti 2010-cu ilin sentyabrında iki ölkə arasında imzalanan anlaşmaya əsasən Azərbaycana 12 ədəd “Mi-35M” döyüş helikopteri göndərib.

Rusiyalı politoloq İvan Preobrajenski bildirib ki, bu, ölkəsinin klassik taktikasıdır: “Azərbaycana silah satmaqla Ermənistanın müharibəyə başlamasına imkan verilmir. Ermənistana silah verməklə regionda Rusiyanın hərbi mövcudluğu mesajı verilir”.

İvan Preobrajenskinin sözlərinə görə, hazırda Cənubi Qafqazda müharibənin başlaması riski ötən ilin bu vaxtı ilə müqayisədə aşağıdır.
“Krımın ilhaqından sonra Dağlığ Qarabaq münaqişəsi tərəfləri həyəcanlanmağa başladı. Rusiya göstərdi ki, 1980-ci illərin sonu, 1990-cı illərin əvvəlində olduğu kimi ərazi münaqişələrini yenə də güc bahasına həll etmək olar. Bundan əlavə, Rusiyanın Krım nümunəsindən öz xarici siyasətində istifadə etdiyini də gizlətməyə dəyməz. Bununla o, Azərbaycan və Ermənistana öz təsirini artırmaq istəyir”.

Politoloqun sözlərinə görə, hazırda Moskva regionda vəziyyətin tənzimlənməsində maraqlıdır. Çünki Moskvaya Suriya məsələsində etibarlı tərəfdaş lazımdır.

“Rusiya ordusunun və silahının Suriyaya gətirilməsi üçün bu ölkə Türkiyə ərazisindən istifadə edə bilmir. Yol Bolqarıstan və Yunanıstanda da bağlıdır. Azərbaycan və ya Ermənistan, daha sonra İran hava məkanı ordan isə heç kəsin nəzarət etmədiyi İraqın “Kürdüstan” adlandırılan ərazisindən marşrut daha təhlükəsizdir”.

Politoloqun dediklərinə əsaslansaq Rusiya Azərbaycanı və Ermənistanı öz maraqları üçün istifadə edir. Silah satıb pul qazanmaqla yanaşı ölkələrin hava sərhədlərini öz maraqlarına uyğun istifadə edir. Amma Rusiyanın mövqeyi ATƏT -in Minsk qrupunun həmsədri kimi tamam fərqli olmalıdır. Çünki Rusiya Minsk qrupuna daxil olanda münaqişənin dinc yolla həllinə çalışacağı barədə öhdəlik götürüb. Amma indi götürdüyü öhdəliyi unudaraq münaqişə tərəflərinə silah satır.

~ tərəfindən Patriot 04/11/2015.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma