“BİZ AZƏRBAYCAN XALQINA VƏ HÖKUMƏTİNƏ DƏRS KEÇMƏYƏ GƏLMƏMİŞİK”

ASPA

AŞ PA müşahidəçiləri də seçkinin demokratik olmadığını bəyan etdi

“Bizim bu seçkilərdə burada olmağımız seçkinin legitimliyinə dəlalət etmir”

Avropadan gələn yeganə müşahidə missiyası qiymətləndirmə məsələsində parçalandı

Azərbaycanda 1 noyabr parlament seçkisini Qərb strukturları içərisində müşahidə edən yeganə missiya – AŞPA müşahidə qrupu nəticələri qiymətləndirmə məsələsində parçalanıb. Missiyanın 3 nəfər üzvü ayrıca bəyanat verərək bu seçkini demokratik saymadıqlarını elan ediblər.
Almaniyadan olan deputatlar Frank Şvabe, Ute Finkx Kremer və İrlandiyadan olan deputat Maykl Maknamara yaydıqları birgə bəyanat qeyd ediblər ki, bu seçkini “azad, ədalətli və demokratik seçkiyə doğru bir addım” hesab etmirlər. “Bu seçkilərdə qeydə alınmış texniki nailiyyətlərə baxmayaraq, ölkədə siyasi azadlıqlar, ifadə və media azadlığı, habelə toplaşma və birləşmə azadlığının vəziyyəti azad və demokratik seçki keçirmək üçün vacib olan ilkin şərtləri təmin etmir”, – deyə bəyanatda bildirilir.

Müşahidəçilər daha çox aşağıdakı qüsurları qeydə aldıqlarını bildiriblər:

– Namizədliyin irəli sürülməsində əsas insan haqları pozuntuları;
– Jurnalistlər və digər tənqidi fikir ifadə edənlərə qarşı əsassız, yaxud selektiv cinayət ittihamlarının tətbiqinin intensivləşməsi;
– “İcazəsiz” ictimai toplaşmalar təşkil edən və onlarda iştirak edən şəxslərə qarşı inzibati həbslərin artması;
– Toplaşma azadlıqlarına qoyulmuş məhdudiyyətlər və xüsusilə də nümayişləri dağıtmaq üçün hüquq mühafizə orqanları əməkdaşlarının ifrat güc tətbiq etməsi;

– Xüsusilə insan hüquqları sahəsində çalışan və hökumətə qarşı tənqidi mövqe tutan QHT-lərin işinə törədilən maneələrin artması.
Bəyanat müəllifləri qeyd ediblər ki, QHT qanunu ilə bağlı Avropa Şurasının Venesiya Komissiyası tərəfindən ifadə olunmuş problemlər nəzərə alınmayıb. Müstəqil vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri, o cümlədən Leyla Yunus, Arif Yunusov, İntiqam Əliyev və Rəsul Cəfərov hazırda həbsdədirlər.

Qeyd edilir ki, bundan əvvəlki parlament seçkisindən bəri bir sıra media qurumları bağlanıb. Bunların arasında Azad Avropa Radiosu / Azadlıq Radiosunun Bakı ofisi də var. Müstəqil qəzet olan “Azadliq” defamasiya iddiası üzrə başlanmış və hələ də bitməmiş məhkəmələrin çıxardığı cərimə qərarları ilə üz-üzədir.

Sənəddə həmçinin Venesiya Komissiyasının Seçki Məcəlləsi, xüsusən də seçki komissiyalarının tərkibi və namizədlərin qeydə alınması ilə bağlı tələblərinin nəzərə alınmadığı bildirilir.

AŞPA müşahidəçiləri onların fəaliyyətinin bu seçkiyə legitimlik vermək üçün istifadə oluna bilməyəcəyini də xüsusi vurğulayırlar: “Təəssüf hissi ilə qeyd edirik ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Ofisinin (OSCE/ODIHR) öz seçki müşahidə metodologiyasını tətbiq etməsi üçün yetərli sayda uzunmüddətli müşahidəsçi göndərməsinin qarşısı alınıb.

Biz Azərbaycan xalqına və hökumətinə dərs keçməyə gəlməmişik. Parlament Assambleyası Bürosunun çoxluğu Azərbaycanda seçki gününü maşahidə etmək üçün beynəlxalq seçki müşahidə missiyasının göndərilməsinə səs verib. Bu isə açıq-aşkar qeyri-demokratik olan seçki prosesinə legitimlik donu geyindirmək kimi yozula bilər. Parlament Assambleyasının təsdiq etdiyi Beynəlxalq Seçki Müşahidə Prinsipləri Bəyannaməsinə uyğun olaraq, bizim bu seçkilərdə burada olmamızın belə bir legitimliyə dəlalət etmədiyi barədə bəyanat qəbul etməkdən başqa alternativimiz yoxdur”.

Bəyanat müəllifləri hakimiyyətin vətəndaş cəmiyyətinə, insan haqları ilə məşğul olan QHT-lərə təzyiq göstərdiyini bildirir. Bəyanatda məşhur hüquq müdafiəçiləri Leyla Yunus, Arif Yunus, İntiqam Əliyev, Rəsul Cəfərov və başqalarının qanunsuz həbsi xatırladılır.

AŞPA-nın Müşahidə Missiyasının digər üzvləri isə ümumilikdə seçkini müsbət qiymətləndirsələr də, bəzi problemlərin qaldığını deyiblər. Onlar insan hüquqları sahəsində vəziyyət və hüquq müdafiəçilərinin, digər vətəndaş cəmiyyəti fəallarının həbsxanalarda saxlanılması ilə bağlı narahatlıqlarını bildiriblər.

Qeyd edək ki, hakimiyyətin mövqeyini ifadə edən üzvlər hələ seçkidən əvvəl Azərbaycana gələndə Milli Şura, AXCP, “REAL” və “NIDA” onlarla görüşdən imtina etmişdilər. Hələ o zaman onların hökumətin mövqeyini müdafiə edəcəyi bəlli idi.

~ tərəfindən Patriot 04/11/2015.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma