RUSİYADA BİRGÜNLÜK MATƏM ELAN OLUNDU (VİDEO – FOTOLAR)

misir - rus teyyaresi

Rusiya təyyarəsi Misirdə qəzaya uğradı – 224 ölü; İŞİD “biz vurduq” dedi

Sinay yarımadasında qəzaya uğrayan Rusiya təyyarəsinin hər iki qara qutusu tapılıb. Qara qutuların oxunmasında Misir və Rusiya mütəxəssisləri iştirak edəcəklər. Qəzanın dəqiq səbəbləri bundan sonra bilinəcək.

Hələliksə qəza yerinə baxışdan sonra irəli sürülən ilkin rəsmi versiya belədir: təyyarə nasazlıq üzündən yerə çırpılıb.
Bundan əvvəl rəsmilər təyyarənin uçuşa yararlı vəziyyətdə olduğunu demişdilər.

misir-rus-teyyareBu arada İŞİD qəzanın məsuliyyətini öz üzərinə götürüb. Təşkilat bəyan edib ki, təyyarəni o vurub. Bu barədə Reuters məlumat yayıb. Məlumat İŞİD-in saytı hesab olunan olan “Amaq”da da yerləşdirilib. Lakin İŞİD-in bu iddiası rəsmi səviyyədə yoxlanılmayıb. Belə görünür ki, terror təşkilatın açıqlaması ciddiyə alınmır. Yeri gəlmişkən, İŞİD təyyarəni vurduğu barədə layenrin məxsus olduğu Koqalımavia şirkəti onun saz vəziyyətdə olduğu və peşəkar kapitanın idarəçiliyi altında havaya qalxdığını israr edəndən az sonra bəyan edib. Buna qədər, qəza barədə məlumatların yayıldığı ilk saatlarda onun vurulduğu haqda bircə cümlə də mülahizə olmayıb.

Misirin Şarm-əl-Şeyx turizm zonasından Sankt-Peterburqa gedən Airbus-321 sərnişin təyyarəsi Sinay yarımadasında qəzaya uğrayıb.
Rusiyanın Metrojet (keçmiş Koqalımavia) şirkətinə məxsus təyyarə Moskva vaxtı ilə saat 6:21-də havaya qalxıb, az sonra radarlardan itib.
Təyyarənin göyərtəsində 7 ekipaj üzvü də daxil olmaqla, 224 nəfər olub. Sərnişinlərdən 17-i uşaq imiş. Sərnişinlərin böyük əksəriyyəti Rusiya vətəndaşları olub. Onların içərisində 1 nəfər Belarus, 3 Ukrayna vətəndaşı da varmış. Sərnişinlərin və ekipajların hamısı qəzada ölüb.

Qəzada sağ qalanların olmadığını Misir hökuməti təsdiqləyib.

Artıq Rusiyada noyabrın 1-i birgünlük matəm elan olunub.

Qəzaya uğrayan təyyarə 18 il əvvəlin istehsalıdır. Bu, Rusiyanın müasir tarixində ən böyük aviaqəzadır.

Təyyarə Sinay yarımadasının dağlıq ərazidə yerə düşüb. Xilasedicilərdən biri Reuters-ə deyib ki, təyyarə ikiyə bölünüb. Quyruq hissə yanıb. Ön hissə isə qayalara çırpılaraq parçalanıb. Adını gizli saxlayan xilasedici deyib ki, meyitlərin çoxu oturacaqlarına bağlı vəziyyətdə olublar. Meyitlərdən 100-ü tapılıb, o cümələdn uşaqların hamısının cəsədi aşkarlanaraq götürülüb.

Misir hökumətindən bildiriblər ki, qəza qiyamçıların nəzarətində olan ərazidə baş versə də, onlarla bağlı deyil. Təyyarə radardan itməmiş ekipaj dispeçerə mühərrikdə nasazlıqla bağlı məlumat ötürüb.

Ria Novosti isə xəbər verir ki, hələ uşuşdan əvvəl ekipaj təyyarə ilə bağlı müəyyən çatışmazlıqlardan şikayətlənib. Ekipajın havaya qalxandan az sonra Qahirə aeroportundan təcili eniş üçün icazə istədiyinə dair təsdiqlənməmiş məlumatlar da yayılıb.

Misir hökuməti bu məlumatları təkzib edib və bildirib ki, təyyarə uçuşa yararlı vəziyyətdə olub.

~ tərəfindən Patriot 01/11/2015.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma