“SURİYADA BİR DİKTATOR VAR”

putin-suriya

Moskvada Putinin Suriya siyasəti əleyhinə mitinq keçirilib

Moskvada Rusiya rəhbərliyinin əleyhinə mitinq keçirilib. Etirazçılar Kremlin Suriya siyasətinə etiraz olaraq meydana çıxıblar.

“Həmrəylik” hərəkatı idarə heyətinin üzvü Mixail Kriger, Suriyada vətəndaş müharibəsi başladığı gündən Əsəd rejiminə dəstək verən rəsmi Moskvanı sərt tənqid edib. O, rusların əksəriyyətinin Kremlin  Suriya siyasətini bəyənmədiyini də bildirib.

Suriyada bir diktator var

Rusiya-mitinqKriger, Moskva rəhbərliyinin Əsədi dəstəkləməsini “böyük strateji səhv” adlandırıb:

Suriya rusların nəyinə lazımdır? Suriyada bir diktatorun uzun illərdir iqtidarda olduğunu və xalqına qarşı qətliyam törətdiyini bilirik. İndi biz niyə onu qurtarmalıyıq? Bəli, orada terror problemi var. Biz terrorla mübarizənin uca bir məqsəd olduğunu bilirik. Amma niyə içərisində terrora qarşı mübarizə aparanların da olduğu bir topluma qarşı hərəkət etməliyik?

Suriya əməliyyatları büdcədə kəsr yaradacaq

Kriger neft qiymətlərinin düşməsi və iqtisadi sanksiyalardan əziyyət çəkən dövlət büdcəsinə bir zərbənin də Suriyada keçirilən əməliyyatların vurduğunu xatırladıb:

“Digər problem iqtisadiyyatla bağlıdır. Bizim tibb və təhsil sahəsində problemlərimiz var, ancaq biz Suriyada döyüşürük. Müharibə böyük pullar deməkdir. Mən bir vergi ödəyicisi olaraq pullarımın xərclənməsinə qərar vermədən əvvəl hökumətin mənimlə məsləhətləşməsini istərdim. Mənim bunu istəməyə haqqım var. Bunu demokratik dövlətlərdə tələb etmək normaldır. Bu əməliyyatlar büdcədə kəsr yaradacaq.”.

Ölkəmiz bundan heç bir şey qazanmayacaq

Rusiyanın Suriyadakı əməliyyatlarının maddi və insani itkilərə gətirib çıxaracağından əmin olduğunu söyləyən Kriger, Suriyadan nə qazanacaqlarını da xatırladıb:

“Biz bütün sünni dünyasını öz əleyhimizə çeviririk. Səudiyyə Ərəbistandakı 50 din xadimi Rusiya və İrana qarşı cihad etməyə çağırıb. Bizim ölkəmiz bundan heç bir şey qazanmayacaq. Nə üçün döyüşdüyümüzü, öldürüldüyümüzü anlamıram. İndi Putinin qərarını alqışlayanlara demək istəyirəm ki, uşaqlarınızın tabutlarını alanda bu qərara qarşı etiraz etmədiyinizi xatırlayarsınız”.

 

~ tərəfindən Patriot 25/10/2015.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma