«HACI 300 HEKTAR TORPAQ SAHƏSİNİ ZƏBT EDİB»

haci nehremli

Hacı İbrahim Nehrəmli barədə daha bir şok iddia

Məşhur oliqarx, “Avesta Konsern”in prezidenti Hacı İbrahim Nehrəmlinin fantastik “Xəzər adaları” layihəsi ilə bağlı sensasiyalı məlumatlar yayılıb.

Vaxtilə adıçəkilən şirkətdə çalışmış mənbənin verdiyi məlumata görə, şəhərciyin tikintisi ilə bağlı heç bir dövlət sənədi yoxdur. “Xəxezer_adalarizər adaları”nın tikintisi aparılan 300 hektar torpaq sahəsi faktiki zəbt olunub.

Bundan başqa Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Avesta Konsern”ə ərazidə şəhərcik salınması ilə bağlı gərəkən ekoloji rəyi verməkdən imtina edib. Mənbənin sözlərinə görə, nazirlik bununla bağlı kifayət qədər tutarlı əsaslar gətirib. Hacı İbrahim müxtəlif vasitələrlə nazir Hüseyn Bağırova təsir göstərməyə çalışsa da məqsədinə nail ola bilməyib.

Mənbə daha bir maraqlı fakt açıqlayıb. Təxminən iki il əvvəl Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə “Avesta Konsern”ə məktubla müraciət edərək ərazidə tikinti aparılmasının yolverilməz olduğunu bildirib.

X.Yusifzadənin məktubunda qeyd olunub ki, “Xəzər adaları”nın ərazisində SOCAR-ın qaz anbarları yerləşir. Bu anbarların istismarı dayandırılsa da ləğv olunmayıb, ona görədə tikinti aparılması təhlükəlidir. Hacı İbrahim bu xəbərdarlığa məhəl qoymayıb. O hakimiyyətdəki bəzi əlaqələrindən istifadə edərək tikintini davam etdirib.

Bundan başqa orada istifadə olunan tikinti materiallarının keyfiyyəti barədə müvafiq dövlət qurumu-Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi rəy verməkdən imtina edib. Çünki “Xəzər adaları” ərazisində qurulan səyyar sement zavodunda istifadə olunan materilların keyfiyyət sertifikatları yoxdur.

Həmin materiallar Qubada Qudyalçay, Qaraçay çaylarının yatağında Hacı İbrahimə məxsus daş-çınqıl karxanalarından gətirilir. Komitə dəfələrlə tikinti aparan şirkətə xəbərdarlıq etsə də, Hacı İbrahim bu tələblərə də əməl etməkdən imtina edib.

~ tərəfindən Patriot 25/10/2015.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma