ABŞ TÜRKİYƏYƏ “TANK QATİLİ” GƏTİRDİ (VİDEO)

A-10 Thunderbolt

ABŞ-dan Türkiyəyə 12 ədəd xüsusi qırıcı gətirildi

“Tank qatili” kimi məşhur olan “A-10 Thunderbolt II” qırıcısı geniş imkanlara malikdir.

Ötən gün Rusiya ilə Suriya hava sahəsində aparılan hərbi əməliyyatlarda razılığa gəldiyi bildirilən bildirilən rəsmi Vaşinqton bölgədə istifadə etmək üçün yeni qırıcı təyyarələr gətirib. “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, 12 ədəd “A-10 Thunderbolt II” qırıcısı Türkiyənin Adana vilayətindəki “İncirlik” hərbi bazasına endirilib. Pentaqon rəsmisi qırıcılardan İŞİD-ə qarşı beynəlxlaq koalisiyanın əməliyyatlarına dəstək vermək üçün istifadə olunacağını deyib. Həmçinin yeni qırıcılar avqust ayında İtaliyanın “Aviano” hərbi bazasından “İncirlik”ə gələn 6 ədəd “F-16” qırıcısını əvəz edəcək.

“Türkiyə NATO müttəfiqi, ABŞ-ın yaxın dostu və İŞİD terror qruplaşması ilə mübarizə aparan beynəlxalq koalisiyanın əsas partnyorlarından biridir. ABŞ-ın hava hücumları üçün Türkiyədəki hərbi bazalardan istifadə etməsi və bu ölkənin qırıcılara verdiyi dəstək önəmli bir güc nümayişidir.” – deyə Pentaqon rəsmisi bildirib.

Bu qırıcılar alaçqdan uçuş imkanı ilə quru hətəkatına dəstək verir

“Tank qatili” kimi məşhur olan “A-10 Thunderbolt II” qırıcısı quru qüvvələrinə havadan yaxın dəstək vermək üçün xüsusi olaraq dizayn olunub. Aşağı yüksəklikdə və minimum sürətdə manevr edə bilən, silahları düzgün çatdırma qabiliyyətinə malik, yerdəki hər cür hədəfi; xüsusilə də tank və zirehli texnikanı asanlıqla məhv edə bilən bu təyyarələr soyuq müharibə dövründə sovet tank və zirehli texnikasını vurmaq üçün dizayn olunmuşdu.

“A-10 Thunderbolt II” qırıcılarından birinci və ikinci körfəz müharibələrində istifadə olunub və qanadlarında qırıcı əleyhinə mərmi izləri olmasına baxmayaraq işini başa vuraraq hərbi bazaya qayıda bilməsi ilə məşhurdur.

Pilot kabinası 3.8 cm qalınlıqda titanium zirehlə örtülü olan “A-10 Thunderbolt II” qırıcılarının hər yeri zirehli deyildir. Həmçinin bu qırıcıların yanacaq çəninə də zireh tətbiq olunur.

~ tərəfindən Patriot 21/10/2015.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma