20 QADIN SENATORDAN AZADLIQ TƏLƏBİ

20 qadin senator

ABŞ Senatının 20 qadın üzvü Leyla Yunus və Xədicə İsmayılovanın azad edilməsinə çağırıb

ABŞ-ın 20 qadın senatoru dünyada qadın siyasi məhbusların, o cümlədən Azərbaycanda Leyla Yunusun və Xədicə İsmayılovanın azadlığa buraxılmasına nail olunmasına çağıran qətnaməni Senatın Xarici İşlər Komitəsinə təqdim edib.

xedice ismayil-leyla yunusQətnamənin təşəbbüsçüsü senator Kelli Ayotdur. Sənəddə ABŞ-ın BMT-dəki səfiri Samanta Pauerin əsassız yerə həbs edilmiş və mühakimə olunmuş 20 qadın siyasi məhbusun azad edilməsi ilə bağlı çağırış və səyləri tam dəstəkənir.

“Bizim müraciətimiz sadədir – dünya liderləri və xarici hökumətlər qadınları dəstəkləməlidir, onları həbsxanalara atmamalıdır” – qətnamədə deyilir.

Xatırladaq ki, Leyla Yunus və onun həyat yoldaşı Arif Yunus 2014-cü ilin avqustunda həbs olunublar. 2015-ci ilin avqustunda 8,5 və 7 il müddətinə azadlıqdan məhrum ediliblər.

Xədicə İsmayılova 2014-cü ilin dekabrında həbs olunub və 2015-ci il sentyabrın 1-də 7,5 il müddətinə azadlıqdan məhrum edilib

~ tərəfindən Patriot 13/10/2015.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma