ERMƏNİLƏRİN BAYRAMI YASA DÖNDÜ

esger

Azərbaycan ordusu ermənilərin bayramını yasa çevirdi

Azərbaycan ordusunun 4 erməni əsgərini məhv etməsi, onlarla erməni hərbçisini yaralaması ilə əlaqədar Qarabağ separatçı rejimi Xankəndində keçirilməsi planlaşdırılan bayram tədbirlərini təxirə salıb.

Avropa.info xəbər verir ki, bu haqda erməni mediasına Xankəndi şəhərinin qondarma meri Suren Qriqoryan deyib. O bildirib ki, Xankəndi şəhərinin yubleyi ilə bağlı keçiriləcək tədbirlər təxirə salınıb.

Qeyd edək ki, sentyabrın 25-də qoşunların təmas xəttində düşməninin mövqelərimizə basqın etməyə cəhd göstərməsi nəticəsində ağır və qanlı döyüş baş verib.

Erməni hərbi birləşmələrinin iriçaplı silahlardan, eləcə də 82 millimetrlik minaatanlardan istifadə etməsi nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin bir hərbi qulluqçusu – əsgər Məmmədov Elşən Vaqif oğlu şəhid olub, 3 hərbi qulluqçu yüngül qəlpə yarası alıb.

Silahlı Qüvvələrimizin bölmələrinin düşmənə qarşı güc tətbiq etməklə həyata keçirdiyi adekvat tədbirlər zamanı endirilən raket-artilleriya zərbələri nəticəsində qarşı tərəfin 4 hərbi qulluqçusu məhv edilib və 16 nəfərədək yaralısı var. Onlardan 10 nəfəri ağır vəziyyətdədir.

~ tərəfindən Patriot 03/10/2015.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin