“PUTİN YENİDƏN AĞ EVİ ALDATDI”

vladimir putin

Rusiya aviasiyasının Suriyada hava zərbələrinə başlaması bütün dünyanın diqqətini çəkərək, hamını şoka salıb. BBC-nin şərhçisi Con Sopelin bu gün BBC-nin saytında dərc olunan “Putin yenidən Ağ Evi aldatdı” məqaləsində çox maraqlı detallar açıqlanıb.

Rusların etdikləri heç kimi təəcübləndirməməlidir. Onlar hər zaman deyirdilər ki, prezident Əsədi dəstəkləyirlər. Rusların Suriyaya hərbi resurslar daşıması heç kim üçün sirr deyildi. Axı rus pilotları Aralıq dənizi üzərindən ona görə uçmurdular ki, pilotlar özlərinə daha çox iş saatı yazsınlar.  Bazr ertəsi Valdimir Putin Rusiyanın planının nədən ibarət olmasını izah etmək üçün Barak Obama ilə görüşdü. Əsas məsələlərlə bağlı ziddiyyətlər qaldı, amma ABŞ rəsmiləri bəyan etdilər ki, onlar indi Rusiyanın niyyətlərini daha yaxşı başa düşürlər.
Amma yenə də…

Rusların amerikalıları necə dolamasını fikirləşəndə, adamın çənəsi əsir, qulaqlar boru kimi burulur, qaşlar çatılır. Həm də elə bir hiss yaranır ki, sanki, adamım qəlbinə tüpürüblər.

Növbə ilə bombalamaq?

Hər şey Rusiya diplomatın Bağdaddakı həmkarına zəngi ilə başladı: “Maraqlı məlumat eşitməyə hazır olun”.
Sonradan Rusiya generalı Rusiya səfirliyinin binasını tərk edir və ABŞ səfirliyinin qapısını döyür və deyir: “ABŞ hərbi attaşesi ilə görüşmək istəyir”.

O, amerikalıya bildirir ki, bombardıman 1 saatdan sonra başlayacaq: “Buna görə uşaqlar, yaxşı olar ki, Suriyanın hava məkanını tərk edin və özünüzün yerüstü hərbi təsərrüfatınınızı da kənara çəkin!

Dəqiq, 60 dəqiqədən sonra Rusiya Suriyada havadan zərbələr endirməyə başladı.

Bax belə! Amerikalıların belə qeyri-ənənəvi ünsiyyət üsulundan başı dönüb demək, heç nə deməmək olardı.
Bazar ertəsi Putin və Obama “orada hava məkanında birinci kimdir” məsələsini müzakirə edərkən, ehtimal olunurdu ki, fikir ayrılıqlarına baxmayaraq, şəffaflığın və əməkdaşlığın müəyyən dərəcəsi olacaq.

Rusiya və ABŞ təyyarələrinin toqquşması riski çox yüksəkdir, onalrın nəticəsi isə dəhşətlidir. Belə çıxır ki, onlar hədəfləri növbə ilə bombalayacaqlar. Bu gün amerikalılar, sabah ruslar?  Hərbi sahədə peşəkar olmaq lazım deyil ki, bu cür perspektivin absurdluğunu anlayasan.

Bu, hələ o zaman baş verir ki, biz hələ strateji məqsədləri müzakirə etməmişik.

Ruslar nə etməyə çalışırlar:  İŞİD-i məhv etmək, yoxsa prezident Əsədə kömək etmək? Bu, amerikalılar üçün iki fərqli məsələdir. Ruslar üçün isə, demək olar ki, eyni şeydir.

Bombardımanın birinci günunə əsasən demək olar ki, biz ikinci variantı müşahidə edirik. Ruslar o rayonlara hava zərbələri endiriblər ki, orada cihadçılar və İŞİD-in heç izi belə yoxdu.  Hər şeydən göründüyü kimi, heç olmayacaq da.

Başqa sözlə, prezident Əsədə qarşı vuruşan digər üsyançı qruplara hava zərbələri endirilib. Buradan daha bir vacib sual meydana çıxır. Birdən ruslar ABŞ-ın himayəsində olan hissələri bombalamağa başladılar? Bunun sonu xeyirlə bitməyəcək.

Kim bilir, bu mövqelərə zərbə endirilən zaman orada nə qədər amerikalı xüsusi təyinatlı təlimatçılar olacaq? Əgər onlar atəş altında qalsalar, nə olacaq? Onlar nə etməlidirlər, rabitə ilə Amerika aviasiyasını qorumaq və rusları qovmaq üçün çağırmalıdırlarmı?

Putinin “Modus operandisi”

Prezidentlərin üzbəüz görüşündən sonra, bazar ertəsi amerikalılar əmin idilər ki, bir vacib məsələ ilə bağlı tərəflər arasında razılaşma var – İŞİD yaraqlıları məhv edilməlidir. İkinci məsələ ilə bağlı – Suriyanın gələcək siyasi taleyində Bəşər Əsədin rolu ilə əlaqədar razılaşma yoxdur.
Artıq aydındır ki, Rusiya Suriyada üsyançı qruplar arasında fərq qoymur. Əsədə qarşı olanların hamısı Əsədlə rusların hədəfi ola bilər.
ABŞ müdafiə naziri Eşton Karter deyir ki, ruslar yalnız  oda yağ tökürlər.  O israr edir ki, Moskvanın addımları heç kim üçün sürpriz olmayıb. Hmm… Düşünmürəm ki, amerikalılar oyun qaydalarını tam başa düşüblər.

Görünən budur ki, V.Putin yenidən Ağ Evi aldada bilib.  Bu günlərdə bir yüksəkvəzifəli amerika diplomatı mənə dedi ki, Obama prezident postundan gedəndə, onu İranla ustalıqla bağlanmış sazişə görə alqışlayacaq, Suriyada həyata keçirilən qeyri-müəyyən və ləng siyasət üçünsə söyəcəklər.

Digər tərəfdən, Putin çox ardıcıl oldu. Ona Aralıq dənizinin şərq sahilində Rusiyanın nəzarət etdiyi ərazini qorumaq lazımdı. Və o, bunun üçün mümkün olan hər şeyi edir.

ABŞ administrasiyası seçim etməlidir:  Rusiya ilə sona qədər qarşıdurmaya getmək, yaxud Bəşər Əsədin hələ uzun müddət Suriyaya rəhbərlik etməsi ilə barışmaq.

Nə demək olar? Çox şətin qərardır.

“Pis sülh belə, müharibədən yaxşıdır. Kompomisə getmək bacarığı zəiflik deyil, güclü olmaq deməkdir” – Barak Ombamanın BMT-nin Baş Assamleyasında ötən bazar günü çıxışının əsas leytmotivi bu idi. Amma görünür, Vldimir Putinin başqa modus-operandisi (modus-operandi- latın sözüdür, “hərəkət tərzi” kimi tərcümə oluna bilər. Roma hüququnda cinayətin həyata keçirilməsi üsulunu təsvir etmək üçün işlədilirdi) var.

Con Sopel
BBC-nin şərhçisi
01 oktyabr 2015-ci il

 

~ tərəfindən Patriot 01/10/2015.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma