ATƏT AZƏRBAYCANA MÜŞAHİDƏÇİ GÖNDƏRMƏKDƏN İMTİNA ETDİ

atet-secki

Qərb seçkilərin nəticəsini tanımayacaq; Avropa Parlamentinin ardınca bir zərbə də ATƏT-dən

Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycana müşahidəçi göndərməkdən imtina etdi

ATƏT Azərbaycanda qarşıdan gələn parlament seçkisini müşahidə etməkdən imtina edir. Bu barədə ATƏT-in Demokratik Təsisatlar və Insan Haqları Bürosunun rəhbəri Mixail Link bəyanat verib.

Onun bəyanatında deyilir ki, Azərbaycan hakimiyyətinin ölkədə noyabrın 1-də keçiriləcək seçkiləri müşahidə edəcək şəxslərin sayı ilə bağlı məhdudiyyət qoyması bu prosesin müşahidəsini mümkünsüz edir. “Azərbaycan hakimiyyətinin müşahidəçilərlə bağlı irəli sürdüyü məhdudlaşdırıcı tələb keyfiyyətli şəkildə seçki müşahidəçiliyinə imkan vermir. Dərin təəssüf hissi ilə bildirirəm ki, Azərbaycan tərəfinin qoyduğu tələb bizi seçkilərin müşahidəsini aparmaqdan imtinaya məcbur etdi. Azərbaycan hakimiyyətinin müşahidəçilərin sayı ilə bağlı məsələdə təkid etməsi ölkənin ATƏT qarşısında seçkilərlə bağlı götürdüyü öhdəliklərə, eyni zamanda Demokratik Təsisatlar və Insan Haqları Bürosunun seçkiləri müşahidə mandatının prinsiplərinə ziddir”, – deyə bəyanatda bildirilir.

Qeyd edək ki, Avropa Parlamentinin qəbul etdiyi son qətnamədə də Avropa strukturlarına Azərbaycanda keçiriləcək parlament seçkilərinə müşahidəçi göndərməmələri ilə bağlı çağırış edilib. Sənəddə vurğulanıb ki, müşahidəçi göndərilməsi seçkilərə legitimlik donu geyindirməyə xidmət edə bilər.

~ tərəfindən Patriot 12/09/2015.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma