NATO GÜRCÜSTANDA MƏŞQ MƏRKƏZİ AÇDI

gurcustan-nato

Gürcüstanda məşq mərkəzi açılıb 

NATO-nun baş katibi Yens Stoltenberq və Gürcüstanın baş naziri İrakli Qaribaşvili cümə axşamı, avqustun 27-də Tbilisi yaxınlığında birgə təlim-məşq mərkəzini açıblar.

Məşq mərkəzində Gürcüstanın, habelə NATO-nun iştirakçısı və tərəfdaşı olan ölkələrin hərbiçiləri hazırlıq keçəcəklər. Bu mərkəzin yaradılması Gürcüstanın alyansa üzvlük səylərinə yardım edən tədbirlər paketində nəzərdə tutulur. Paket 2014-cü ilin sentyabrında Uelsdə alyansın sammitində təsdiq edilib.

Ümid edirik ki, bu yeni əməkdaşlıq aləti Gürcüstan və NATO arasında əməkdaşlığın dərinləşməsinə şərait yaradacaq”, deyə Qaribaşvili bildirib.

“Gələcəkdə əməkdaşlıq daha da dərinləşəcək. Baxmayaraq ki, mərkəzin tam gücü ilə işləməsi üçün hələ işləmək lazımdır. Gürcüstan, biz və NATO-nun tərəfdaşları mərkəzin dinləyicilərə təklif edəcəyi hazırlıqdan maksimum fayda əldə etmək üçün əlimizdən gələni edəcəyik”, deyə Stoltenberq qeyd edib.

Gürcüstan NATO-ya ümid edə bilər, amma Avroatlantik inteqrasiya asan yol deyil, deyə baş katib bildirib.

“Biz sizin islahatlarınızı diqqətlə izləyirik və əldə edilmiş irəliləyişi görürük. NATO Gürcüstana ümid edir, Gürcüstan isə NATO-ya ümid edə bilər”, deyə Stoltenberq bildirib.

~ tərəfindən Patriot 28/08/2015.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma