AVROPA AZƏRBAYCAN NEFTİNDƏN İMTİNA EDİR

neft - barel

ABŞ-ın enerji məsələləri üzrə ixtisaslaşmış agentliyindən sensasion məlumat

Qərbi Afrikadan neft daşınmalarının artırılması ilə əlaqədar Avropanın bəzi ölkələrdən, o cümlədən Azərbaycandan aldığı neftin həcmi azalacaq. Bu barədə “haqqın.az” ABŞ-ın enerji məsələləri üzrə ən mötəbər informasiya resurslarından biri kimi tanınan “Platts” agentliyinə istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, Qərbi Afrika neftinə Asiyada tələbat azaldığından, həmçinin daşınma marşrutunun əlverişliliyini nəzərə alaraq, Avropanın neft emalı ilə məşğul olan şirkətləri sentyabrdan Nigeriya və Anqoladan daha çox neft alacaq.

Ekspertlərin fikrincə, sentyabrda Qərbi Afrikadan Avropaya təxminən 50 milyon barrel neft daşına bilər. Bu da günə 1,6 milyon barrel deməkdir.
Vəziyyətin bu şəkildə dəyişməsi Azərbaycan neftinin alıcısı olan şirkətlərin üzünü Qərbi Afrikaya doğru çevirməsinə səbəb olacaq.

Hadisələrin bu cür inkişafı neft sahəsində dünya bazarında təklifin tələbi xeyli üstələdiyi şəraitə təsadüf edir. Qərbi Afrikadan aya təxminən 8-12 milyon barrel neft alan Hindistan idxalı əhəmiyyətli dərəcədə aşağı salıb. Həmçinin Anqolanın satdığı neftin 40-50 faizini alan Çində də neftə tələbat azalıb.

Neft ticarətilə məşğul olanlar bildirir ki, Qərbi Afrikada neftin qalan hissəsini dərhal avropalılar alacaq. “Platts” agentliyinin analitiklərinin fikrincə, alternativ neft mənbələrinin çox olduğu vaxtda təbii ki, bu məhsulun qiyməti də aşağı düşəcək.

~ tərəfindən Patriot 28/08/2015.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma