AVROPADAN ƏLİYEV REJİMİNƏ AÇIQ XƏBƏRDARLIQ

martin sults

”Azərbaycan hakimiyyəti öz yaxşılığı üçün vəziyyəti dərhal dəyişməyə başlamalıdır”

Martin Şults: “Bu məhkəmə və hökm Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı amansız repressiv tədbirlərdən yalnız biridir”

“Leyla və Arif Yunusa oxunmuş hökm barədə məlumatı son dərəcə narahatlıq və təəssüf hissi ilə eşitdim. İnsan hüquqlarının müdafiəsi sahəsində iki aparıcı şəxs üçün ağır həbs cəzası müəyyən edən hökmə qədərki hüquqi proses, beynəlxalq müşahidəçilərin bildirdiyi kimi, son dərəcə ədalətsiz olub. Bu azmış kimi üstəlik məhkum olunanların sağlamlıq vəziyyəti qətiyyən nəzərə alınmayıb. Buna görə də mən Avropa Parlamentinin bu gün bir daha qət etdiyi kimi təcili tibbi yardıma ehtiyac duyan Leyla və Arif Yunusu dərhal azadlığa buraxmağa çağırıram”. Bunu Avropa Parlamentinin prezidenti Martin Şults deyib.

Martin Şults jurnalist Rasim Əliyevi ölümünə və Xədicə İsmayılın məhkəməsinə də toxunub: “Jurnalist Rasim Əliyevin qətlini və araşdırmaçı jurnalist Xədicə İsmayılovaya qarşı cinayət təqibini göz önünə alaraq deyə bilərik ki, bu məhkəmə və hökm, təəssüf ki, Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı amansız repressiv tədbirlərdən yalnız biridir”.

Avropa Parlamentinin prezidenti əlavə edib ki, Azərbaycan hakimiyyəti öhdəliklərini yada salmalıdır: “Azərbaycan Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində Avropa İttifaqının mühüm tərəfdaşı olduğundan bu ölkənin hakimiyyəti insan hüquqları və demokratiya ilə bağlı tərəfdaşlıq öhdəliklərinə uyğun davranmalıdır. Azərbaycan hakimiyyəti öz yaxşılığı üçün vəziyyəti dərhal dəyişməyə başlamalıdır”.

~ tərəfindən Patriot 18/08/2015.

Bir Cavab to “AVROPADAN ƏLİYEV REJİMİNƏ AÇIQ XƏBƏRDARLIQ”

  1. qeseng

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma