DAHA BİR JURNALİST DÖYÜLƏRƏK ÖLDÜ (VİDEO)

rasim eliyev

Qətldə adı hallanan futbolçu komandadan kənarlaşdırıldı, onun bibisi oğlu isə həbs edildi

Jurnalist Rasim Əliyevin öldürülməsinə görə həbslər başlayıb. Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, futbolçu Cavid Hüseynovun hadisədə əsas iştirakçı kimi adı keçən bibisioğlu artıq hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Digər şəxslərin isə yeri müəyyənləşdirilib və onların da saxlanılması istiqamətində tədbirlər görüləcək.

“Qəbələ” futbol klubu jurnalist Rasim Əliyevin ölümü və bu hadisədə komandanın oyunçusu Cavid Hüseynovun adının hallanması ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir:

“Jurnalist Rasim Əliyevin vəfat etməsi xəbərini “Qəbələ” İdman Klubunun hər bir üzvü böyük üzüntü ilə qarşıladı. Heç kimin kiməsə qarşı zor tətbiq etməyə, kimisə hədələməyə ixtiyarı yoxdur və klubumuz həmişə bu prinsipləri ön planda saxlayıb. Daim zorakılıq və aqressiyanı pisləyən sosial proyektlərlə cəmiyyətimizdə sülh və barışın, maariflənmənin vacibliyi bildirilib, bu istiqamətdə irəliləyişə nail olmaq əsas məqsəd olub. Klubumuzun uğursuz çıxış etdiyi vaxtlarda belə, mətbuatın tənqidlərinə qarşı dözümlülük göstərilib, heç vaxt sərt reaksiya verilməyib. Amma dünən baş verən hadisədə futbolçumuz Cavid Hüseynovun adının hallanması bizi çox təəssüfləndirir. Mərhum son müsahibələrində və “facebook” sosial şəbəkəsindəki statusunda futbolçu ilə telefonla danışdığını, aralarında heç bir problemin qalmadığını bildirsə də, sonradan baş verən hadisələr heç də birmənalı deyil. Ona görə də, tezliklə bu məsələnin hüquq-muhafizə orqanları tərəfindən araşdırılacağına, günahkarların layiqli cəzalarını alacaqlarına inanırıq. Bildiririk ki, Cavid Hüseynov komandamız üçün nə qədər vacib oyunçu olsa belə, bu hadisələrə aydınlıq gələnədək əsas komandadan kənarlaşdırılıb.

Bir daha mərhuma Allahdan rəhmət, yaxınlarına səbr diləyirik”




~ tərəfindən Patriot 11/08/2015.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: