GÜN GƏLƏCƏK…

xedice ismayil

Xədicə İsmayıl: “Mən oğruya “oğru”, quldura “quldur” demək azadlığını, prezidentlik İlham Əliyev ailəsini varlandırırsa, bunu ifşa etmək haqqımı yaşamaq azadlığım qədər dəyərli sayıram”

Binəqədi Rayon Məhkəməsində mənim üzümə duran adamın vəkili Şöhrət Allahmanov  indi Leyla Yunusun üzünə duranları təmsil edir. Xəcalət gətirən hal budur ki, Leyla Yunusa qarşı qondarma ittihamda “üzəduran” rolunu Transparency İnternational təşkilatının Azərbaycandakı təmsilçisi oynayır. Beynəlxalq təşkilatlar Azərbaycan hökuməti ilə əməkdaşlıq xətrinə vicdanı ilə asanlıqla kompromisə gedən adamlarla işləməkdən boyun qaçırmalıdırlar. Mən Rəna Səfərəliyeva və komandasının heç zaman korrupsiya araşdırmalarımıza şərh verməməsindən əvvəllər də şikayətlənmişdim. İndi isə problem sadəcə hərəkətsizlik deyil. İndi Rəna Səfərəliyeva hökumətin hüquq müdafiəçilərinə qarşı repressiya silahı rolunu asanlıqla yiyələnir.

Üzəduranların vəkilləri iş üçün daim hazır dayandıqları halda, həbsxanalarda bir çox insan Azərbaycan məhkəmələrində müdafiəsiz qalmalarından şikayətlənir. Onlara təqdim olunan müdafiəçilərlə bağlı durum isə Nabokovun “Edama dəvət” (“İnvitation to beheading”) əsərindəki kimidir: prokuror, həbsxana rəhbərliyi və vəkil eyni adamdır sanki.

Mənim bəxtim gətirib ki, müstəqil vəkillərə əlim çatır. Minlərlə insan isə prokurorun diktəsi ilə sənədlərə qol çəkən vəkillərin ümidinə qalıb. Onlara İntiqam Əliyev, Əlayif Həsənov, Xalid Bağırov və vicdanlı olduğu üçün vəkillik lisenziyasını itirən digər vəkillər haqqında danışıram. Amma qorxuram ki, vəkilin belə ədalətsizlik qarşısında müdafiəsiz qalması barədə söhbətlər onları daha da bədbinləşdirər.

Azərbaycanda baş verənlərin təsvirini burda oxuduğum kitablarda da tapıram. Havelin esselərində özümüzün üzləşdiyimiz suallarla onun da vaxtilə üzləşdiyini oxudum. Ona da tez-tez “nəyinə lazım?” “dəyərmi?” sualı verilirmiş. Mən də onun verdiyi cavabla razıyam. “Həyat onu mənalı edən dəyərlər üçün qurban verilməyəcəksə, onu yaşamağa dəyməz”.

Mən oğruya “oğru”, quldura “quldur” demək azadlığını, prezidentlik İlham Əliyev ailəsini varlandırırsa, bunu ifşa etmək haqqımı yaşamaq azadlığım qədər dəyərli sayıram. Bu azadlığımdan, bu haqqımdan istifadə etmədən yaşanan həyat yarımçıq olardı. Mən vicdan əlilliyini seçmədim. Tam, vicdanımla barış içində olan həyatı seçdim və məmnunam.

Bəlkə elə buna görədir ki, məni həbsə salan prokurorlar, hakimlər qarşısında mənəvi üstünlüyümü açıq şəkildə büruzə verirəm. Bununla da onları qəzəbləndirdiyimi bilirəm,  amma bu vicdan zəlillərinə acıdığımı da bilsinlər.

Gün gələcək, onlar üçün də məcburi zəlilliyin olmadığı cəmiyyət quracağıq!

~ tərəfindən Patriot 07/08/2015.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma