RUSİYA NEFT EMBARQOSU QARŞISINDA

rusiya-embarqo

Qərb Rusiyaya neft embarqosu qoya bilər

Putinin hücumuna Qərb necə reaksiya verə bilər? Rusiya neftinin idxalına müvəqqəti embarqonun qoyulması və Amerika neftinin ixracına qadağanın götürülməsi effekti cavba ola bilər. Bunu ABŞ-ın «Newsweek» nəşri yazır.

Qərb Ukraynanın şərgində münaqişəyə necə reaksiya verməlidir? Rusiya ora hərbçilərinin göndərsə, Brüssel və Vaşinqton nə edəcək?

Nəşrin yazdığına görə, bəzi analitiklər Ukraynanı silahla təmin etməyi təklif edir. Ancaq bu zaman Qərbin Rusiyanın ən böyük ticarət və investisiya tərəfdaşı olduğunu unudurlar. Moskvaya qarşı hazırkı sanksiyalar Qərblə ticarətin böyük hissəsinə toxunmadan Rusiyaya bəzi xidmət və texnologiyaların ixracını qadağan edir. Onlar Rusiya enerji resurslarının Avropa Birliyinə ixracını məhdudlaşdırmır.
Rusiyanın enerji resursları icracının əsas hissəsi təbii qaz yox, xam neftdir.

Rusiyanın dövlət büdcəsinin 40%-i xam neftin ixracından gələn gəlirlər təşkil edir. Təbii qazın payına isə 10% düşür. Neftin və təbii qazın böyük hissəsi qaz kəmərləri ilə Avropa Birliyi bazarına gedir. Çünki Rusiyanın tanker donanması və infrastrukturu dənizlə böyük həcmdə neft nəql etməyə imkan vermir.

Rusiyanı SWIFT beynəlxalq bank ödəmə sistemindən çıxaraqdan fərqli olaraq Avropa Birliyinin neft embarqosu Kremlin rahatlıqla adlaya bilməyəcəyi fiziki maneə olacaq. Bankları SWIFT sistemindən istifadə etməyəcəyi təqdirdə bəlkə də Rusiyanın B planı var, ancaq o neft marşrutlarını qısa müddətdə dəyişə bilməz. Çünki qərbə gedən qaz kəmərlərindən asılıdır.

Bundan əlavə, Avropa Birliyi bir çoxlarının ehtimal etdiyi kimi əhəmiyyətli dərəcədə Rusiya neftindən asılı deyil. Moskva müəyyən müddət ciddi loqistik, infrastruktur və maliyyə xarakterli problemlər yaşayacaq.

Rusiya neftinin idxalına müvəqqəti qadağa Moskva üçün güclü siqnal olacaq və onun Avropa Birliyi ilə əməkdaşlıqdan asılı olduğunu nümayiş etdirəcək.

Vaşinqton Avropanın Moskvaya qarşı sanksiyalarına dəstək verə və sanksiya müddətində öz neftinin ixracına qadağanı aradan qaldıra bilər.

Amerika neftin dünya bazarına çıxışı Avropa Birliyinə neft embarqonun təzyiqini aşağı salacaq. Bununla da Rusiyanın böyük Avropa bazarını Asiya bazarı ilə əvəz etməsinə imkan verməyəcək.

~ tərəfindən Patriot 03/08/2015.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma