QARABAĞ QAZİSİNƏ HƏBS QƏRARI

Asif Yusifli

Asif Yusifli son sözündə rejimə meydan oxudu: “144 il cəza versəniz də, xalqıma, əqidəmə görə qəbul etməyə hazıram…”

AXCP Rəyasət Heyətinin üzvü, Qarabağ qazisi, vəkil Asif Yusiflinin məhkəməsi başa çatıb. Məhkəmə onun barəsində 7 il 6 ay həbs qərarı çıxarıb.

Prokuror Asif Yusifliyə 8 il həbs cəzası istəmişdi.

Asif Yusifli hökmdən qabaq son sözlə çıxış edib və həbsinin siyasi sifarişlə həyata keçirildiyini bəyan edib. Asif Yusiflinin çıxışı:

Çıxışımda iki əsas məsələyə münasibət bildirmək istəyirəm. Mənə qarşı irəli sürülən ittihama və niyə burda olmağıma.
Birinci məsələ ilə bağlı vurğulayım ki, bütün ifadələrdən də göründü ki, heç bir qabağcadan əlbir olan qrupdan, kiminsə əmlakını ələ keçirməkdən söhbət getmir. Əvvəldən deyildiyi kimi, zərərçəkənin təhsil haqqı kimi ödədiyi 6500 mant pulu Rafiq Hüseynova vermişəm. Həm Rafiq Hüseynovun, həm Fəridə Zülfüqarovanın və şahidin ifadələrində, eyni zamanda, yazılı olaraq verdiyim qəbzlərdə Rafiq Hüseynovun oğluna məxsus avtomobilin girov qoyulması haqda iltizamda məsələnin məhz bu cür qoyulduğu sübut olunub.

Ədalət naminə deməliyəm ki, Rafiq Hüseynovun da məqsədi kiminsə pulunu ələ keçirmək olmayıb. Çünki belə məqsədi olsaydı, pulu almağı haqda qəbz verməz, oğluna məxsus avtomobili girov qoymazdı. Lakin soradan Rafiq Hüseynovun həbs edilməsi, həmin pulun qaytarılmasında problemlər yaratdı.

Ümumiyyətlə, bu işdə söhbət 6500 manatdan gedir. Verdiyimiz qəbzdə də məbləğ bu qədər göstərilib. Şikayətçi tərəf istintaqa verdiyi ifadədə 2009-cu ilin sentyabrında 6500, oktyabrda isə guya daha 1200 manat ödədiyini göstərib. Halbuki 2010-cu ilin noyabrında verilmiş qəbzdə məbləğ 6500 manat göstərilib.

Həbsimin əsas səbəbi siyasi fəaliyyətimdir. Hər kəsin bilməsi lazımdır ki, mənə qarşı irəli sürülən ittiham üzrə maksimum cəza 12 ildir. Bu rejim 12-ni 12-yə vurub, mənə 144 il cəza versə də, əqidədaşlarıma, xalqıma, əqidəmə görə bunu qəbul etməyə hazıram. Tarixdə Yezid də, İmam Hüseyn də mövcud olub. Amma qoca tarixdə İmam Hüseynə rəhmət, Yezidə isə lənət qaldı.

Fərqindəyəm ki, Azərbaycan kimi ölkələrdə ədalət tələb edənlərə münasibət 60-cı illərin aparteyid rejimlərində zəncilərə olan münasibətdən heç də yaxşı deyil. Amma bu, məni məyus etmir. Fəxr edirəm ki, əqidədaşlarım Seymur Həzi, İntiqam Əliyev, Anar Məmmədli, Rəsul Cəfərov, Xədicə İsmayıl, Tofiq Yaqublu, Leyla Yunus, Pərviz Həşimli və digər ədalət carçıları ilə bir sıradayam. Kim bilməsə də, “Xalqlar həbsxanası”nın, “Şər imperiyası”nın keçmiş sakinləri siyasi repressiyanın nə olduğunu yaxşı bilir. 37-ci ildə az qala ədalət sözünü nə vaxtsa tələffüz etmiş bütün sovet vətəndaşları Stalinin barmaq işarəsi ilə repressiyalara məruz qalır, məhv edilirdi.

Amma Süleymana qalmayan dünya, Stalinə də qalmadı. Cəmi 19 il sonra repressiya qurbanlarına bəraət verildi. Repressiya əmri verənlərin hər yeri bəzəyən heykəllərinin boynuna kəndir keçirib yerlə bir etdilər. Unutmayın ki, əziz Peyğəmbərimizə, Çingizə, Teymura qalmayan dünya, bu həbsin sifarişçilərinə də qalmayacaq. Gec-tez Pifaqorun dediyi ədalətli cəmiyyəti quracağıq.

Cəbhəçi olmağımla qürur duyuram. Mənə qarşı bu münasibətdən, cəzalandırmadan narahat deyiləm və belə şeylər məni yolumdan döndərə bilməz. Məni narahat edən yeganə məsələ cəbhədaşlarımın mənə görə əziyyət çəkməsidir. Onları çağırıram ki, bundan sonra məndən narahat qalmasınlar. Əminəm ki, hər şey yaxşı olacaq. Biz bu rejim üzərində qələbə qazanacağıq.

~ tərəfindən Patriot 31/07/2015.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma