“BAŞ VERƏNLƏRDƏN NƏTİCƏ ÇIXARIN”

obama.

Obamadan Əliyevə də pay düşən açıq hədə: “Heç kəs ömürlük prezident olmamalıdır”

ABŞ prezidenti Barak Obama Afrika qitəsinə səfərinin son günündə maraqlı mesajlar verib. Söylədiyi fikirlərlə avtoritar rejimləri hədəf alan Obama bir daha ABŞ-ın demokratiya dəyərlərinə sadiq olduğunu bəyan edib. Obama konstitusiya ilə ayrılmış müddətindən sonra da postunu tərk etmək istəməyən prezidentlərə xəbərdarlıq edərək deyib ki, “Heç kəs ömürlük prezident olmamalıdır”.

Bu qədər pulları ola-ola niyə getmirlər?

Efiopiya paytaxtında etdiyi çıxışda Obama belə bir sual verib: “Başa düşə bilmirəm ki, adamlar, xüsusən də bu qədər pulları ola-ola niyə daha uzun müddətə hakimiyyətdə qalmaq istəyirlər?”. Ekspertlər hesab edirlər ki, Obama çıxışında Burundidəki seçkiləri qeyd etsə də, əslində onun xitabı prezidentlik müddətlərini uzadan bütün dövlət başçılarına ünvanlanıb.

Bir nəfərin üstündə qurulan ölkə iflasdır

Obama daha sonra vurğulayıb ki, bir dövlət başçısının «əvəzolunmaz» olması əslində ölkənin iflasa getməsi anlamına gəlir: “Bəzən liderlər deyirlər: “Mən bu ölkəni bütöv saxlamağa qadir yeganə şəxsəm”. Əgər bu doğrudursa, onda həmin liderlər öz ölkələrini qurmaq işində iflasa uğrayıblar”. Obamanın daha bir maraqlı fikri demokratik prinsiplərə müraciətlə bağlı olub. O, deyib ki, demokratiya təkcə seçki keçirməkdən ibarət deyil: “Əgər jurnalistlər öz işlərini gördüklərinə görə dəmir barmaqlıqlar arxasına salınırlarsa və ya fəallar hökumətin vətəndaş cəmiyyəti üzərinə hücumları ilə hədələnirlərsə, onda deməli demokratiyanın özü yox, adı var…”.

“Korrupsiya xərçəngi”

ABŞ prezidenti özü barədə zarafat etməyi də unutmayıb. “Düşünürəm ki, mən yaxşı prezidentəm. Əgər üçüncü dəfə seçkiyə qatılsam, qalib gələ bilərdim. Amma bunu edə bilmərəm”, deyə Obama vurğulayıb. Obama eyni zamanda korrupsiya və rüşvət hallarına da münasibət bildirərək, onları «xərçəng» adlandırıb. ABŞ prezidenti avtoritar liderləri Yaxın Şərqdə və Şimali Afrikada baş verənlərdən nəticə çıxarmağa çağırıb. Obama deyib ki, gənclərin işsizliyi, üstəlik də səslərin boğulması sabitliyin və asayişin pozulmasına səbəb olur.

«Obamanın mesajlarından Əliyevə də pay düşür»

Siyasi ekspertlər hesab edir ki, Obama bu çıxışında olduqca maraqlı və aktual məsələlərə toxunub. Bəzi ölkələrdə ailə, sülalə hakimiyyətlərinin mövcudluğu dünya üçün kifayət qədər ciddi təhlükəyə çevrilib. Ayrı-ayrı dövlətlərin başçıları özlərinə əbədi hakimiyyəti təmin etmək siyasəti aparır. Bununla da hakimiyyətlərin dinc yol ilə dəyişiklik imkanı aradan qalxır. Nəticədə bütöv xalqların hakimiyyətin mənbəsi olması amili həmin ölkələrdə aradan qaldırılır. Ayrı-ayrı ölkələrdə son dövrlərdə baş verən hadisələr göstərir ki, ayrı-ayrı dövlət başçılarının hakimiyyəti özünə tabe etdirməsi əvvəl-axır qanlı kataklizmlərlə nəticələnir.  Ekspertlərə görə, demokratik Qərb ölkələrinin təcrübəsi göstərir ki, açıq cəmiyyət, siyasi və iqtisadi plüralizm uzun müddətli və möhkəm sabitliyin əsasını təşkil edir. ABŞ prezidentinin bu çıxışı antidemokraik rejimlərin əbədi hakimiyyət arzusunda olan rəhbərlərinə ünvanlanıb. Eyni zamanda bu çıxışda məqsəd dünyanı avtokratik rejimlərlə mübarizəyə səsləyən bir çağrışdır. Təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycan da bu tipli rejimlər sırasındadır. Azərbaycanda mövcud olan rejim faktiki olaraq ölkəmizi  demokratik dünya ilə qarşıdurma vəziyyətinə gətirib. Nəzərə almaq lazımdır ki, 2010-cu ilin sentyabrın 25-də ABŞ prezidenti Obama «bizim dəyərlərimizi bölüşməyənlər və onlara qarşı mübarizə aparanlar bizə qarşı düşmən mövqedə durublar» ifadəsini işlətmişdi. Obamanın bu çıxışından bir neçə ay sonra bütün dünyanı silkələyən çox dramatik hadisələr baş verdi və nəticədə xeyli diktator hakimiyyətdən getdi.

~ tərəfindən Patriot 31/07/2015.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma