RUSİYA QƏTNAMƏYƏ YOX DEDİ

veto - rusiya

Rusiya BMT-nin Boing-lə bağlı qətnaməsinə veto qoydu

Rusiya BMT Təhlükəsizlik Şurasında bir il bundan əvvəl Ukrayna üzərində Malayziya hava yollarına məxsus təyyarənin vurulmasına görə məsuliyyət daşıyanların cəzalandırılması üçün beynəlxalq məhkəmənin yaradılmasını nəzərdə tutan qətnaməyə veto qoyub.

Malayziya, Niderland, Avstraliya, Ukrayna və Belçika beynəlxalq tribunalın yaradılmasına dəstək bildirib. Qətnamə Malayziya tərəfindən BMT-yə təqdim edilib. BMT Təhlükəsizlik Şurasında təmsil olunmuş beş ölkənin xarici işlər naziriləri çərşənbə günü iclas keçirir.
Niderlandın Baş naziri Mark Rutte qətnaməyə veto qoyulmaması üçün Rusiya prezidenti Vladimir Putinə müraciət edib.

Ruttenin idarəsinin açıqladığı bəyanatda baş nazirin beynəlxalq tribunalın yaradılmasına Rusiyanın dəstəyini almaq üçün cənab Putinə Nyu-Yorkda səsvermədən öncə zəng etdiyi bildirilir.

Rəsmi Moskva Hollandiyanın başçılığı ilə təyyarə qəzası ilə bağlı beynəlxalq təhqiqatın başa çatmasını gözləmək istədiyini bildirib.
Hollandiya baş nazirinin ofisinin veb səhifəsində açıqlanmış bəyanatda Ruttenin telefon söhbəti zamanı Rusiyanın narahatlıqlarını ünvanladığı deyilir.

Rusiya öz tərəfindən qətnamə layihəsi hazırlayıb. Burada qəzaya görə məsuliyyət daşıyanların cəzalandırılması nəzərdə tutulsa da, Malayziya hava yollarına məxsus MH17 təyyarəsinin qəzaya uğraması ilə bağlı beynəlxalq tribunalın yaradılmasına etiraz edilir.
298 sərnişinlə Amsterdamdan Kuala Lumpura səfər edən Malayziya təyyarəsi 2014-cü ildə iyulun 17-də Ukraynanın şərqində Rusiya tərəfdarı separatçıların nəzarətində olan bölgədə yer-hava tipli raketlə vurulmuşdu.

Ukrayna və Qərb təyyarənin Rusiya əsgərləri, ya da separatçılar tərəfindən vurulduğundan şübhələnir. Rusiya bunu dəfələrlə rədd edib.

~ tərəfindən Patriot 30/07/2015.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: