DÖVLƏT DEPARTAMENTİ BƏYANAT YOLLADI

ABS - Departament

“Azərbaycan hökuməti öz vətəndaşlarının universal hüquqlarına hörmət etməlidir“

Dövlət Departamenti Qənimət Zahid və Emin Milli ilə bağlı bəyanat verdi

ABŞ Dövlət Departamenti Azərbaycanın hazırda mühacir həyatı yaşamağa məcbur olan tanınmış media rəhbərləri, “Azadlıq“ qəzetinin baş redaktoru  və “Azərbaycan saatı“ teleproqramının müəllifi Qənimət Zahidə və “Meydan“ TV-nin rəhbəri Emin Milliyə qarşı qohumlarının həbsi ilə təzyiq göstərilməsinə münasibət bildirib. Departamentin Mətbuat İdarəsi “Amerikanın səsi“ radiosunun sorğusuna cavab olaraq, bu hadisələrlə bağlı bəyanatla çıxış edib. Bəyanatda deyilir:

“Biz Azərbaycanda dinc sivil cəmiyyət fəaliyyətlərinə qoyulan məhdudiyyətlərdən, jurnalist və vətəndaş cəmiyyəti fəallarının həbslərindən dərin narahatlıq keçiririk. Biz Azərbaycan hökumətinə təkid edirik ki, öz vətəndaşlarının universal hüquqlarına hörmət etsin, vətəndaşların ədalətli mühakimə hüquqlarını təmin etsin və onlara öz baxışlarını sərbəst ifadə etməyə imkan versin.

Azərbaycan öz gələcək sabitliyini və firavanlığını daha açıq cəmiyyətə şərait yaratmaqla təmin edə bilər. Azərbaycan hökuməti ilə sivil cəmiyyət arasında işlək təmaslar ölkənin gələcəyi üçün mühümdür və ABŞ bunu dəstəkləyir.

Biz bu məsələni dəfələrdə Azərbaycanın yüksək rütbəli rəsmiləri qarşısında qaldırmışıq və onları Azərbaycanın müstəqil mətbuatı qorumaq barədə üzərinə götürdüyü öhdəliklərə əməl etməyə çağırmışıq.”

Xatırladaq ki, ötən günlərdə Qənimət Zahidin qardaşı oğlanlarından biri 30 sutka inzibati həbs cəzasına məhkum edilib, daha bir qardaşı oğlu ilə əmisi oğlu isə narkotik ittihamı ilə saxlnılaraq, barələrində cinayət işi başlanıb.  Emin Millinin isə qayını narkotik ittihamı ilə həbs olunub. Həm Qənimət Zahid, həm də Emin Milli bu həbsləri özünün jurnalist fəaliyyəti ilə əlaqələndirir.

~ tərəfindən Patriot 30/07/2015.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma