QADIN NAZİR RUSLARA MEYDAN OXUDU

tina khidasheli

Tina Xidaşeli: “Tiflis ali məqsədinə – ərazi bütövlüyünün bərpasına nail olacaq”

rusiya-gurcustanGürcüstan Rusiya ilə “diplomatik müharibə”ni uğurla aparır. Ancaq rəsmi Tiflis ali məqsədinə – ərazi bütövlüyünün bərpasına o zaman nail olacaq ki, ölkənin Avropa İttifaqına inteqrasiyası tamamlansın”.

Verilən məlumata görə, bunu Gürcüstanın qadın müdafiə naziri Tina Xidaşeli deyib.

Nazir Tina Xidaşeli verdiyi müsahibədə bildirib ki, Rusiya diplomatik dairələrdə bütün mövqelərini itirdiyi bir vaxtda Gürcüstan yeni dostlar qazanmaqdadır.

Onun sözlərinə görə, Gürcüstan tədricən Avropaya inteqrasiyaya doğru gedəcək və heç bir təxribat bu prosesi dayandıra və ya yavaşıda bilməz. Heç kəsin Rusiya barədə illüziyası yoxdur və dünyada heç kəs Rusiya haqqında tərəfdaş kimi düşünmür.

Xanım müdafiə naziri Rusiya hərbi qüvvələrini Gürcüstanın Cənubi Osetiya və Abxaziya bölgələrinin işğalında günahlandırıb: “Tiflis gözləyir ki, Rusiya əsgərləri özləri Gürcüstan sərhədlərini 1992-ci ildəki mövqelərinə qaytaracaqlar və bu, ölkənin Avropa ailəsinə inteqrasiyasından sonra baş verəcək”.

Rusiya-Gürcüstan müharibəsinin tarixinə gəlincə, 2008-ci il avqustun 8-də separatçı Cənubi Osetiya münaqişəsi bölgəsi ətrafında günbəgün gərginləşən vəziyyət nəzarətdən çıxıb və Gürcüstan ordusu gecə saatlarında itirdiyi ərazilərini qaytarmaq üçün Sxinvali üzərinə hücuma keçib. Avqustun 9-da Rusiyaya məxsus 150 tank Şimali Osetiya istiqamətindən Cənubi Osetiyaya daxil olub. Rus qoşunları və separatçılar əks-hücuma keçərək bölgəni Rusiya ilə əlaqələndirən Roki tunelini geri qaytarıb və Rusiya qoşunlarının bu yolla irəliləyib.

Nəticədə Gürcüstan-Rusiya müharibəsi rus və gürcü xalqları arasında uçurum yaratdı. Gürcüstan Rusiyaya nəinki quru, hətta hava yolunu da bağlayıb. Müharibə nəticəsində Cənubi Osetiyadan 30 minə yaxın gürcü qaçqın itkin düşüb.

 

~ tərəfindən Patriot 23/07/2015.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma