QƏNİMƏT ZAHİDDƏN KƏSKİN BƏYANAT

qenimet zahid

“Qohumlarımın hətta fiziki olaraq məhv edilə biləcəyini də nəzərə alıram, amma buna görə fəaliyyətimi dayandırmayacam”

“Heç bir təzyiq, heç bir terror milyonlarla insanın azadlıq arzularının qarşısına sipər çəkə bilməz!”

“Azadlıq” qəzetinin baş redaktoru və “Azərbaycan saatı” teleproqramının müəllifi Qənimət Zahid qohumlarıa qarşı repressiya ilə ona təzyiq etmək cəhdlərinə sərt bəyanatla cavab verib. Qənimət Zahidin bəyanatını təqdim edirik:

“Bu mənim son hadisələrlə bağlı rəsmi bəyanatımdır və KİV-dən bunu yaymağı xahiş edirəm:

Hər kəs bilir ki, bu günlərdə mənim Azərbaycanda yaşayan qohumlarıma qarşı kütləvi repressiyalar başlanmışdır və onlar həbs edilməkdədir. Bu prosesin nə qədər çəkəcəyini, daha kimlərin təqib ediləcəyini və şərlənərək həbsxanalara atılacağını proqnozlaşdıra bilmərəm. Bunu proqnozlaşdırmaq üçün mən də traybalist təfəkkürlə düşünən birisi olmalı idim ki, bu cür ola bilmədim.

Əlbəttə, dəfələrlə vurğuladığım kimi, yenə də təkrarən bildirirəm ki, qohumlarımın mənim fəaliyyətimlə heç bir əlaqəsi yoxdur. Bunu onları təqib edənlər də yaxşı bilirlər. Sadəcə olaraq, belə hesab edirlər ki, əgər mənim qohumlarımı həbs etməklə, onlara əziyyət verməklə onların mənə qarşı təzyiqlərini artırmaq olar və mən indiki fəaliyyətimdən əl çəkərəm.

Qətiyyətlə bəyan edirəm: indi Azərbaycanda həbsdə saxlanılan 100 nəfərdən artıq siyasi dustağın taleyi mənim qohumlarımın taeyindən əhəmiyyətsiz deyil; hakimiyyətin qohumlarıma qarşı tətbiq etdiyi bu repressiv kampaniyanı dövlət terroru kimi dəyərləndirirəm; bu kampaniyanın gedişində mən qohumlarımın nəinki həbsini, hətta onların fiziki olaraq məhv edilə biləcəyini də nəzərə alıram və bu təzyiqlərə görə mən indi içində olduğum fəaliyyəti dayandırmaq niyyətində deyiləm və dayandırmayacağam.

Əksinə, hakimiyyətin həftədə cəmi iki saatlıq televiziya proqramına bu cür ağrılı reaksiyasını, terror kimi dəyərləndirilə biləcək davranışlarını nəzərə alaraq bu proqramın dövriliyini artırmaqla bağlı imkanları araşdırmaqdayam. Düşünürəm ki, Azərbaycan Saatı həftədə cəmi iki dəfə olmalı deyil və Azərbaycan xalqının informasiya ehtiyaclarını nəzərə alaraq bu proqramların sayını artırmaq olduqca mühümdür, zəruridir.
İnanıram ki, mühacirətdə olan jurnalistlər, ölkədə söz azadlığının bərqərar olmasında israrlı olan soydaşlarım məni eşidəcək və mənə dəstək verəcəklər.

Heç bir təzyiq, heç bir terror milyonlarla insanın azadlıq arzularının qarşısına sipər çəkə bilməz!
Təqiblərə məruz qalan qohimlardan üzr istəyirəm və onlara bildirmək istəyirəm ki, məni ittiham edə bilərlər. Eyni zamanda bu terroru ittiham edən insanların yanında yer ala bilərlər və mən bu seçimə qarışmayacağam”.

~ tərəfindən Patriot 23/07/2015.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma