AVROPA İTTİFAQININ PREZİDENTİNDƏN MÜHÜM MESAJLAR

donald-tusk

Donald Tusk: «Biz insan hüquqları və fundamental azadlıqlara xüsusi əhəmiyyət veririk»

Avropa Ittifaqının prezidenti Donald Tusk Azərbaycana səfər edib. O, ölkəmizdə yüksək səviyyədə qarşılanıb. Səfər çərçivəsində o, ölkə başçısı Ilham Əliyevlə, həmçinin vətəndaş cəmiyyəti instutlarının nümayəndələri ilə görüşüb. Donal Tusk Ilham Əliyevlə görüşdən sonra birgə mətbuatı konfransı keçirib. Konfransda Ilham Əliyevin Avropaya qarşı aqressiyası müşahidə olunmayıb. Halbuki ölkə başçısı bir neçə gün əvvəl Nazirlər Kabinetinin iclasında Avropa strukturlarını sərt tənqid etmişdi. Tuskun yüksək səviyyədə qarşılanması və Ilham Əliyevin ritorikasını dəyişməsini ölkə başçısının iclasda etdiyi çıxışının daxili auditoriyaya və iqtidar komandasındakı narahatlığı aradan qaldırmağa hesablandığı barədə ehtimalların əssassız olmadığını ortaya qoyub.

Donald Tusk mətbuat konfrasında bir sıra mühüm mesajlar verib. O, Azərbaycanın dövlət başçısı ilə insan haqları sahəsindəki vəziyyəti müzakirə etdiyini deyib: “Biz insan hüquqları və fundamental azadlıqlara xüsusi əhəmiyyət veririk. Avropa Ittifaqı hesab edir ki, vətəndaş cəmiyyəti sabitlik və çiçəklənmənin əsasıdır. Biz burada insan hüquqları müdafiəçiləri ilə bağlı məsələni müzakirə etdik. Bir sıra hallarla bağlı fikir mübadiləsi apardıq. Hesab edirəm ki, bu bizim qarşılıqlı surətdə faydalı əməkdaşlığımıza xidmət edən məsələ ola bilər”.

Donald Tuskun bu fikirləri Avropa üçün insan haqları məsələsinin prinsipial olduğunu göstərir. Bundan başqa Donald Tusk “Azərbaycanın Şengen zonasına daxil olmasını istəyirik” deyərək ölkəmizin Avropanın bir hissəsi olduğuna açıq-aydın işarə vurub.

Donald Tusk Avropanın Dağlıq Qarabağ məsələsində ikili standartlarla çıxış etməsi, “ermənipərəst mövqe” nümayiş etdirməsi barədə Azərbaycan iqtidarının nümayəndələrinin iddialarını da alt-üst edib. APA-nın məlumatına görə, o, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sualı cavablandırarkən deyib: “Dağlıq Qarabağ münaqişəsində hazırkı status-kvo qəbuledilməzdir”. Avropa Ittifaqının prezidenti qeyd edib ki, bunu 2 gün əvvəl Ermənistanda da bəyan edib. Donald Tusk bildirib ki, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll olmalıdır və bunun alternativi yoxdur: “Biz nəinki hərbi əməliyyat, həmçinin radikal ton, düşmənçilik və ədavətə aparan bəyanatlardan da uzaq olmalıyıq. Çünki bunlar məsələnin həllinə xidmət etmir. Biz bu ritorikadan uzaq olmalıyıq, çünki bizə münaqişə lazım deyil. Ukraynada baş verənlər bu cür siyasət, ideologiya və münasibətin ən açıq nümunəsidir. Ümid edirik ki, ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkələrin göstərdiyi səylər sülhün bərpası üçün əsas olacaq”.

Donald Tuskun vətəndaş cəmiyyəti institununun nümayəndələri ilə təmaslarına gəlincə, onunla görüşdə Helsinki Vətəndaş Assambleyasının sədri Arzu Abdullayeva, vəkil Xalid Bağırov, hüquq müdafiəçisi Səidə Qocamanlı, Səmərəli Inkişaf Uğrunda Qadınlar Cəmiyyətinin rəhbəri Şəhla Ismayıl və Marşall Fondunun nümayəndəsi Mehriban Rəhimli iştirak ediblər.

Abdullayevanın “Turan”a verdiyi məlumata görə, Donald Tuska vətəndaş cəmiyyətinin problemləri və siyasi məhbuslar məsələsi ilə bağlı məlumat verilib. Onun sözlərinə görə, Tusk fəallara Avropa Ittifaqına mövcud problemlərin həlli üzrə təkliflər verməyi təklif edib. Həmçinin, Qarabağ münaqişəsi məsələsi müzakirə olunub.

Abdullayeva qeyd edib ki, Tusk demokratiyanın Avropa Ittifaqı üçün prioritet məsələ olduğunu bildirib.
Şəhla Ismayıl öz növbəsində bildirib ki, Donald Tusk da Avropa Ittifaqının digər yüksək vəzifəli məmurları kimi, Azərbaycanda demokratikləşmə məsələsinə birmənalı dəstək ifadə edib.

~ tərəfindən Patriot 23/07/2015.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma