TARİXİ ANLAŞMA ƏLDƏ EDİLDİ (FOTOLAR)

iran-razilasma

Böyük altılığın İranla danışıqları uğurla başa çatdı; Barak Obama: “Bu saziş yeni istiqamət üzrə hərəkət etməmizə imkan yaradır”

ABŞ prezidenti Barak Obama nüvə proqramı ilə bağlı İranla «altılıq» ölkələri arasında yekun anlaşmanın əldə olunmasınıiran tarixi anlasmaalqışlayıb. Sazişin Birləşmiş Ştatların milli maraqlarına uyğun olduğunu deyən Obama söz verib ki, Konqresin bu sənədin qüvvəyə minməsinə mane olacaq istənilən qanun layihəsinə «veto» qoyacaq. Lakin Obama xəbərdarlıq edib ki, rəsmi Tehran sazişi pozacağı təqdirdə, sanksiyalar yenidən tətbiq olunacaq. ABŞ prezidenti onu da xatırladıb ki, Vaşinqtonun İranda insan hüquqlarının pozulması ilə bağlı sanksiya qərarı ləğv olunmayacaq.

Obamanın fikrincə, Vyanada əldə edilən anlaşma İranla münasibətlərin istiqamətini dəyişmək üçün şans yaradır: «Ölkələrimiz arasındakı ciddi fərqlər var və biz bu fərqləri diqqətə almaya bilmərik. Amma bu saziş yeni istiqamət üzrə hərəkət etməmizə imkan yaradır. Və biz bu imkandan istifadə etməliyik».

İran prezidenti Həsən Ruhani də bildirib ki, Vyanada əldə olunan anlaşma Tehranın digər ölkələrlə münasibətlərində yeni səhifə açır. İranla nüvə razılaşmasının təfərrüatları məlum olub. Reuters diplomatik mənbələrə istinadən bildirir ki, razılaşmanın şərtlərinə əsasən, İran nüvə proqramı ilə bağlı razılaşmanı pozsa, 65 gün müddətində sanksiyalar bərpa ediləcək.  Razılaşma həmçinin 5 il müddətinə embarqonun saxlanılmasını və İranın 8 il müddətində ballestik proqramının reallaşdırılmasına qadağanı da nəzərdə tutur.

İran və qərb diplomatları İranla altılıq ölkələrinin çoxdan gözlənən nüvə razılaşmasını əldə etdiklərini bildirir. “Ağır iş bəhrəsini verdi və biz sazişi möhürlədik,” adı çəkilməyən iranlı diplomat iyulun 14-də Reuters agentliyinə deyib. The Associated Press adı çəkilməyən qərb diplomatına istinadla yazır ki, son əngəllər də aradan qaldırılıb. Danışıqları İranla Britaniya, Çin, Fransa, Rusiya və Birləşmiş Ştatlar aparıb. 18 gündür Avstriya paytaxtında aparılan danışıqların məqsədi İranın nüvə proqramını məhdudlaşdırmaq və əvəzində sanksiyaları yüngülləşdirmək olub.

~ tərəfindən Patriot 14/07/2015.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma