“İŞĞAL EDİLMİŞ ƏRAZİLƏR AZƏRBAYCANA QAYTARILMALIDIR”

ceyms_uorlik

İşğal edilmiş ərazilər kompleks tənzimləmə çəçivəsində Azərbaycanın nəzarəti altına qaytarılmalıdır

Bu barədə ATƏT-in Minsk Qrupunun həmsədri Ceyms Uorlik “Vedomsti” qəzetinə verdiyi müsahibəsində bildirib.

“Burada əsas olan bir elementin və ya bir tənzimləmə prinsipinin üzərində durmamaqdır. Ərazilər qaytarılmalıdır, amma başqa amillər də mövcuddur. Ona görə də biz hər zaman kompleks tənzimləmədən danışırıq – siz yalnız bir aspekti götürərək məhz onun tənzimləmə əsası olduğunu iddia edə bilməzsiniz. Biz sülh yolu ilə həll etməni hərtərəfli nəzərdən keçirməliyik”, – diplomat deyib.

Onun sözlərinə görə, razılaşdırılan atəşkəsə tam olaraq riayət edilmir.

“Bu, bizdə narahatlıq yaradır. Amma Dağlıq Qarabağ münaqişəsinin dinc yol ilə həlli mümkündür”, – o, deyib.
Azərbaycan tərəfindən iri silah partiyalarının alınmasından danışarkən, həmsədr hər iki tərəfin həm Ermənistanın, həm də Azərbaycanın öz təhlükəsizliyini təmin etmək haqqı olduğunu vurğulayıb, bununla əlaqədar biz onların niyə silaha ehtiyacları olduğunu və müxtəlif mənbələrdən silah aldıqlarını anlayırıq.

“Eyni zamanda, narahatçılıq, əsasən də təmas xəttində, eləcə də Azərbaycan-erməni sərhəddində silahlanmanı gücləndirir.
Bizi, eləcə də hərbi tarazlıq məsələsi narahat edir. İki ölkə arasında qarşıdurmalar əvvəlki kimi mövcuddur. Ona görə də biz, hərbi qüvvə nisbətində üstünlüyün bu və ya digər ölkə tərəfindən istifadə edilməsinə səbəb olmasını istəmirik”, – Uorlik qeyd edib

~ tərəfindən Patriot 14/07/2015.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma