AFR ERMƏNİSTANI RƏSMƏN İŞĞALÇI ADLANDIRDI

alman_parlament

Almaniya federal hökumətinin bu yaxınlarda açıqlanan və Almaniya Bundestaqına təqdim edilən hesabatında Azərbaycan həqiqətləri əksini tapıb.

Almaniya Federativ Respublikası (AFR) federal hökumətinin bu yaxınlarda açıqlanan və Almaniya Bundestaqına təqdim edilən hesabatında deyilir: “Beynəlxalq hüquqa müvafiq surətdə Azərbaycana məxsus olan ərazilərdə, o cümlədən Dağlıq Qarabağda insan hüquqlarının vəziyyətinə görə Ermənistan məsuliyyət daşıyır. Bu ərazilər 1994-cü ildə atəşkəs rejimi elan ediləndən Ermənistanın işğalı altındadır. Yüz minlərlə azərbaycanlı məcburi köçkün bu günə qədər həmin rayonlara qayıda bilmir”

Məlumatda bildirilir ki, ilk olaraq Dağlıq Qarabağ AFR hökuməti tərəfindən rəsmi surətdə Azərbaycan ərazisinin bir hissəsi kimi tanınıb və bu etiraf beynəlxalq hüquqa istinadla təsbit olunub. İkincisi, Dağlıq Qarabağın özünün və ətraf yeddi rayonun statusunda heç bir fərq qoyulmayıb və onların hamısı işğal edilmiş ərazilər sayılıb. Üçüncüsü, hansısa mifik “yerli ermənilər” deyil, məhz Ermənistan işğalçı tərəf adlandırılıb.

Avropa İnsan Hüquqları Məhkəməsinin bu yaxınlarda “Çiraqov və başqaları Ermənistan əleyhinə” işi üzrə qərarı da Ermənistanı başqa dövlətin ərazisinə effektiv nəzarət edən tərəf kimi müəyyən edib. Cavabdehin Qarabağdakı oyuncaq rejimin deyil, beynəlxalq hüququn subyekti kimi Ermənistanın olduğu iddianın məhkəmə tərəfindən təmin edilməsi Ermənistanın beynəlxalq birlik tərəfindən işğalçı dövlət kimi tanınması məsələsində son nöqtəni qoyub.

~ tərəfindən Patriot 14/07/2015.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma