ӘLİ KƏRİMLİ ŞANXAY ƏMƏKDAŞLIQ TƏŞKİLATI HAQDA

eli kerimli - sanxay teskilati

“Bütün Şərqdə ilk cümhuriyyət qurmuş xalqımız bir əsrdən sonra sülalə hakimiyyəti tərəfindən Şərqin avtoritar rejimlərinin sırasına qaytarılır”

AXCP sədri Әli Kərimli ölkəmizin Şanxay Әməkdaşlıq Təşkilatına qoşulacağına münasibət bildirib. Ә.Kərimli facebook səhifəsinde yazır:
Bu qədər də olmaz axı. İlham Əliyev müxalifətlə “dialoq”u köməkçisiniə həvalə edib, özü isə Sarkisyanın “dialoq partnyoru” olacaq. Səhv duymadınız, Azərbaycan Ermənistan, Kamboca və Nepal ilə birlikdə Şanxay Əməkdaşlıq Təşkilatında “dialoq partnyoru” statusunda iştirak edəcək (Kamboca və Nepal ilə nə edəcəyik? Onu daha araşdırmıram). Özümüzü bir az da “yaxşı aparsaq” bir neçə ilə ölkəmizi Rusiya, Çin, Özbəkistan və Tacikistanın “kruq”una buraxacaqlar.

Siyasəti də absurda çevirmək olurmuş. Haradan haraya gəldik. Bütün Şərq dünyasında ilk cümhuriyyət qurmuş xalqımız bir əsrdən sonra sülalə hakimiyyəti tərəfindən Şərqin avtoritar rejimlərinin sırasına qaytarılır.
Məsələn, 20, hətta 10 il bundan qabaq təsəvvür etməzdim ki, xalqımız belə bir seçim qarşısında qalacaq. Amma bir halda ki, belə seçim qarşısında qalmışıq, açıq danışaq.  Bir tərəfdə demokratik dəyərlərin, idarəetmənin, firavanlığın, müstəqil və ədalətli məhkəmələrin, yüksək elmin, təhsilin, səhiyyənin, bərqərar olduğu Avropa Birliyi və bu birliklə Assosiasiya Sazişi imzalamaq perspektivi var, digər tərəfdə isə dünya avtoritarizminin “ömürlük” liderlərinin öz hakimiyyətlərini qorumaq, xalqlarını daha rahat susdurmaq üçün qurduğu birlik var. Azərbaycan hakimiyyəti hansı məntiqlə ikincini seçir? Azərbaycan hökuməti ikincini seçməklə növbəti dəfə nümayiş etdirmirmi ki, onunüçün xalqın, dövlətin mənafeyi, ölkənin inkişafı yox, özünün şəxsi mənafeləri əsasdır?

Bir tərəfdə Avropa Birliyi parlamenti növbəti dəfə Azərbaycanın ərazi bütövlüyünə dəstək verən qətnamə qəbul edir, AB-nin ən böyük dövləti Almaniyanın parlamenti də, hökuməti də Ermənistanın Azərbaycan torpaqlarını, o cümlədən Qarabağı işğal etməsini açıq şəkildə pisləyən qətnamə qəbul edir, digər tərəf isə Ermənistanı ən müasir silahlarla silahlandırır. Çətin seçim deyil axı. Nə qədər anti-milli hökumət olasan ki, ölkəni ərazi bütövlüyünə dəstək verənlərdən uzaqlaşdırıb, torpaqlarını işğal edən düşmənin böyük qardaşının himayəsinə sığınasan?

~ tərəfindən Patriot 12/07/2015.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma