GENARALIN HARIN OĞLUNDAN QOÇULUQ

necmeddin_sadiqov

Nəcməddin Sadıqovun oğluna görə işini itirən yol polisindən ilginc açıqlamalar

«Məni söydü, üstümə hücum çəkdi, hətta ölümlə hədələdi… Onun atası generaldır, mənim atam isə 2-ci qrup əlil. Mən nə edə bilərəm?»

Xəbər verildiyi kimi, Müdafiə Nazirliyinin Silahlı Qüvvələri Baş Qərargahının rəisi, general-polkovnik Nəcməddin Sadıqovun oğlunu qayda pozuntusuna görə saxlayan polis işdən çıxarılıb. Aznews.az-ın əməkdaşı Cavanşir Lətif oğlu Qasımovu tapa bilib.
O, açıqlamasında hadisənin təfərrüatını danışaraq şok faktlar açıqlayıb: “Gecə təxminən 1 radələri olardı, Mərdəkan-Buzovna yolunda içkili sürücülərlə bağlı reyd aparırdıq. Gördük ki, bir maşın manevr qaydasını pozdu, üstəlik işıqlı yolda uzaqvuran işıqdan istifadə edir. Saxlayanda təhlükəsizlik kəmərini də taxmadığını gördüm. Özümü təqdim etdim. Elə sözümü bitirməmiş mənə dedi ki, nə istəyirsən əəə, nə düşmüsüz yenə yollara? Iş başında olduğumu xatırlatdım və qayda pozan sürücünü saxlamağın vəzifə borcum olduğunu bildirdim. Dedi ki, kəmər taxmamışam, yaxşı eləmişəm, küçük. Mən də ağsaqqal adama qarşı nalayiq sözlər işlətməyin ayıb olduğunu bildirdim. Bundan sonra o, bir az da özündən çıxdı, düşdü maşından, təkrarən məni təhqir etməyə başladı, ailəmi, anamı, atamı söydü. Üstümə hücum çəkdi, hətta məni ölümlə hədələdi, dedi ki, maşınla üstündən keçərəm. Amma yanımdakılar araya girdi, imkan vermədilər. Sonra avtomobilinə minib, sürdü getdi”.

Hadisənin səhəri işə gələn Cavanşir Qasımov Bakı şəhər Baş Polis Idarəsindən onu axtardıqlarını eşidib: “Sonra rəisimiz mənə dedi ki, sən neyləmisən, onun nömrəsinə baxmırsan ki? Niyə saxlamısan axı onu? Dedim ki, o vətəndaşdır, qayda pozuntusuna yol verib, mən də borcumu yerinə yetirib saxlamışam. Mənim kimi dövlətə, dövlətçiliyə sadiq, işinə məsuliyyətli və vicdanlı polisi işdən çıxardılar. Məcburiyyət qarşısında qalıb təqaüdə çıxdım. Vəzifəli şəxsin oğluyla nə mən bacardım, nə də qanun. Onun atası generaldır, mənim atam isə 2-ci qrup böyük vətən müharibəsi əlili. Mən nə edə bilərəm? Əlacım ona qaldı ki, ərizəmi yazıb təqaüdə çıxım”.

Cavanşir Qasımov onu işdən çıxartdıranın Nəcməddin Sadıqovun kiçik oğlu Məmməd Sadıqov olduğunu bildirib. Məmməd Sadıqov Bakı Şəhər Vergilər Departamentinin rəis müavinidir. O, qayda pozuntusunu 10 NP 020 dövlət nömrə nişanlı “Range Rover” markalı maşınla törədib.

Qeyd edək ki, Cavanşir Qasımovun Nəcməddin Sadıqovun oğluna görə işdən çıxarılması barədə xəbər yayılandan sonra Bakı şəhər Dövlət Yol Polisi Idarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov sözügedən polis əməkdaşının işdən çıxarıldığını təsdiqləmişdi. Amma o, Cavanşir Qasımovun general oğlunu saxladığı üçün deyil, işində nöqsanlara yol verdiyi səbəbindən işindən azad olunduğunu bildirmişdi.

Cavanşir Qasımov açıqlamalarına gəlincə isə, Vaqif Əsədov bir gün əvvəl hadisə ilə bağlı açıqlama verdiyini xatırladıb: “Mən bununla bağlı açıqlama vermişəm. Indi o kimdir, nəçidir, nə açıqlama verib, bilmirəm. Özü bilər, gedin özü ilə aydınlaşdırın”.
O, “Vaqif müəllim, bir gün əvvəl əməkdaşınız olan polis haqqında bu cür danışmağınız doğrudurmu?” sualına cavab olaraq “mən onu tanımıram” deyərək telefonunu söndürüb.

Qeyd edək ki, bu xəbəri yayan Aznews.az saytı dünən haker hücumuna məruz qalıb. Bu barədə Meydan TV-yə saytın baş redaktoru Elçin Zahiroğlu məlumat verib. Baş redaktor haker hücumlarının hansı yazı ilə bağlı olduğunu deməyə çətinlik çəksə də, son iki gündə saytda “Generalın oğlu anamı söydü, ölümlə hədələdi” başlıqlı yazının doğurduğu ajiotajın olduğunu güman edir.

Ölkə başçısı Ilham Əliyev dəfələrlə çıxışında yüksək vəzifəli məmurların övladlarının harınlığından danışıb. Ölkə başçısı onlara xəbərdarlıq etdiyini, belə faktlara görə həmin məmurların sərt cəzalandıralacığın deyib. Bəs görəsən, bu faktla bağlı Ilham Əliyev nə tədbir görəcək?

~ tərəfindən Patriot 11/07/2015.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma