DÜŞMƏNİN 2 PİLOTSUZU MƏHV EDİLDİ

azerbaycan ordusu

Türkiyə ordumuzun ermənilərə vurduğu zərbədən danışır

İyulun 4-də Ermənistan Silahlı Qüvvələrinə məxsus 2 ədəd pilotsuz uçan aparatın (PUA) Azərbaycan Silahlı Qüvvələri tərəfindən vurulması Türkiyə mətbuatında geniş şəkildə işıqlandırılıb.

düsmen pilotsuz aparatMəlumata görə, PUA-nın hərbçilərimiz tərəfindən vurulması Türkiyə mətbuatında “Azərbaycan Ermənistanın pilotsuz uçan aparatlarını vurdu”, “Ermənistanın PUA-ları düşürüldü”, “Azərbacyan erməni PUA-larını vurdu” kimi başlıqları ilə verilib.

Xəbərlərdə qeyd olunur ki, Ermənistan PUA-ları Azərbacyan Silahlı Qüvvələrinin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərib.
Qeyd edək ki, Azərbacyan Ermənistanın 2 pilotsuz uçan aparatını vurub.

Müdafiə Nazirliyi bildirir ki, iyulun 4-də cəbhənin Tərtər rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus 2 ədəd pilotsuz uçan aparat (PUA) bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq açılan atəş nəticəsində məhv edilib.

Xatırladaq ki, bu ilin yanvar ayında da Ermənistanın pilotsuz uçan aparatı məhv edilmişdi.

Yanvarın 29-da saat 14.00 radələrində cəbhənin Ağdam istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində Ermənistan Silahlı Qüvvələrinə məxsus pilotsuz uçan aparat (PUA) Hərbi Hava Qüvvələrimiz tərəfindən məhv edilib.

Qeyd edək ki, hərbi təyinatlı pilotsuz uçan aparat (PUA) hərbi robotun bir növüdür. Uçmaq üçün yaradılan bu sistemlərin məqsədlərinə insan üçün potensial təhlükəli olan missiyalar daxildir. Yəni, bu mobil aparat hər hansı məqsədin yerinə yetirilməsi üçün proqramlaşdırılıb.

 

~ tərəfindən Patriot 06/07/2015.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma