“RUSİYA TİTANİK KİMİ BATIR”

putin - rusiya

Putin erasının ən böyük uğursuzluğu

Faktlar amansızdır. 2015-ci ilin aprel ayında Rusiya iqtisadiyyatının aşağı yuvarlanma tempi 4,2% sürətlənib. Belə neqativ inkişafı heç bir mütəxəssis gözləmirdi. Bu isə öz növbəsində Kreml imperiyasının gildən düzəldilmiş ayaqlar üzərində dayanmış nəhəng bir varlıq olduğunun sübutudur və onun da bir gecə içərisində dəyişəcəyi, əlbəttə ki, mümkün deyil. Hələ bundan daha pisi də gözlənilir. Beləki, Dünya Bankının ekspertləri Rusiyadakı iqtisadi tənəzzülün uzun müddət davam edəcəyini proqnozlaşdırırlar.

Bəs, Rusiyanın bu cür xoşagəlməz hala gəlməsinin əsl səbəbini harada axtarmaq lazımdır?

Sözsüz ki, indiki vəziyyətə Krımın Rusiya tərəfindən işğal edilməsi və Ukraynanın şərqində münaqişənin qızışdırılmasına görə Qərbin tətbiq etdiyi iqtisadi sanksiyalar da ciddi təsir göstərir. Ancaq başlıca səbəb dünya bazarında neftin qiymətinin aşağı düşməsidir. Məlumdur ki, Rusiya iqtisadiyyatının təməli enerji daşıyıcılarının ixracından gələn gəlirlərdən asılıdır. Qara qızılın qiymətinin keçən ilə nisbətən aşağı düşməsinin əsas məsuliyyəti enerji daşıyıcıları sahəsində lider oyunçulardan biri olan Səudiyyə Ərəbistanının üzərinə düşür. Səudiyyəlilər amerikanların şist qazı hasilatına zərbə vurmaq məqsədi ilə neftin aşağı qiymətlərlə satılmasına çalışır. Bunun üçün onlar bazara daha çox neft çıxarmağa başlayıblar. Səudiyyə Ərəbistanı dünya birjalarında neftin qiymətinin, təxminən indiki 65 dollar ətrafında qalmasını planlaşdırırlar. Ancaq reallıqda amerikanlara təsir etmək istəyən səudiyyəlilər, ruslara zərbə vururlar.

Heç şübhə yoxdur ki, neftin qiymətinin 100 dollardan yuxarı olmasını arzulayan Rusiya üçün, bu qiymət hədsiz aşağıdır. Belə bir amansız həqiqət Rusiya iqtisadiyyatının enerji daşıyıcılarından necə yüksək səviyyədə asılılığını bir daha bariz formada ortaya qoyur.

Əlbəttə ki, bütün bunların hamısını nəzərə alıb əminliklə deyə bilərik ki, Rusiya iqtisadiyyatının inkişaf edən ölkələr kateqoriyasına qəti aidiyyatı yoxdur. Təsnifatlandırmada bu ölkəni yalnız inikişaf etməkdə olan ölkələr sırasına daxil etmək mümkündür. Hələlik isə belə bir iqtisadi vəziyyətlə ruslar nə isə ciddi bir irəliləyiş əldə edə bilmirlər. Rusiyanın hazırkı iqtisadi çətinlikləri onun iqtisadiyyatının dünya bazarında rəqabət aparacaq keyfiyyətli məhsullar istehsal edə biləcək gücdə olmadığı ilə bağlıdır. Ona görə də Rusiya neft və qaz ixracından gələn gəlirlərə gözünü dikib. Belə aydın görünən zəif tərəflərin varlığını Rusiya prezidenti Vladimir Putin də yaxşı bilir və o, indiki acınacaqlı vəziyyəti məmnuniyyətlə dəyşmək istərdi. Ancaq hakimiyyətdə olduğu uzun müddət ərzində Putin mövcud vəziyyəti dəyişə bilməyib və əminliklə demək olar ki, o belə bir fundamental problemin öhdəsindən indi də gələ bilməyəcək. Bütün bunlar isə Putinin Kreml erasının ən böyük uğursuzluğudur. Hətta baş nazir Dmitri Medvedyev Rusiyanı daha ağır zamanların gözlədiyini və bunun üşün də çox şeyə qənaət edilməsinin vacib olmasını bildirib.

Bu yaxınlarda ictimai fikrin öyrənilməsi ilə əlaqədar keçirilən sorguda, rəyi soruşulan Rusiya Federasiyası əhalisinin 89%-i Putini dəstəklədiyini bildirmişdi. Lakin bu sorğular (Ümumiyyətlə Rusiyadakı sorğulara şübhə ilə yanaşmaq lazımdır) öz yerində, reallıq isə tamam başqa bir şeydir. Vaxtilə Uinston Çörçil zarafatla deyirdi ki, o, yalnız özünün saxtalaşdırdığı stastistikaya etibar edir. Məsələn, əsl reallıq Putinin “Vahid Rusiya” partiyasının fiaskoya uğramasıdır. Kalininqrad vilayətindəki seçkilər zamanı, onun partiyası bir mandat belə qazana bilməyib. Halbuki, 2011–ci ildə bu regionda Dövlət Dumasına keçirilən seçkilər zamanı seçicilərin 42,6%-i “Vahid Rusiya” partiyasına səs vermişdi.

Qərbin Rusiyaya qarşı yönəltdiyi iqtisadi sanksiyaların səbəbi başa düşüləndir. Amma onların ləğv edilməsi, Putini bütün problemlərin həmin sanksiyalarla ələqaləndirmək imkanından məhrum edə bilər. Onda hər şey büs-bütün aydın olardı ki, kral-çılpaqdır! Çünkü Rusiyadakı problemlərin dərin kökləri başqa yerdə yatır və onu təbliğat maşını vasitəsilə gizlətməyə çalışırlar.

~ tərəfindən Patriot 03/07/2015.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma