YEREVANDA ETİRAZÇILAR MEYDANI TƏRK ETMƏK İSTƏMİR

irevan - etiraz

Ermənistan prezidenti Serj Sarkisyan elektrik enerji tariflərinin qaldırılması qərarına qarşı etiraz aksiya iştirakçılarını dağılışmağa çağırıb. 

Lakin “Talana yox!” təşəbbüs qrupu aksiyaya son qoymaq məsələsini mitinq zamanı müzakirə edib, cavab verəcəyini elan edib. Yerevanın Bağramyan prospektində davam edən etiraz aksiyasının koordinasiyasını icra edənlərdən alınan ən son məlumata istinadən, BBC Azərycancanın müxbiri izdihamın bu gecə də prospektdən çəkilməyəcəyini bildirir.

“Talana yox!” təşəbbüs qrupu Yerevan polis rəisinin müavini Valeri Osipyana bu gecə aksiyanı davam etdirmək üçün şərait yaratmaq xahişi ilə müracit edib. Aksiya təşkilatçıları prezident Sarkisyanın bəyanatından sonra yaranmış duruma və onun təklifinə münasibət bildirmək üçün “etirazlarda iştirak edən vətəndaşlarla birlikdə” müzakirə etməyə ehtiyac olduğunu deyirlər. Mitinq sabah saat18-də nəzərdə tutulur.

“Polis güc tətbiq etməyəcək”

Məlumata görə, şəhərin mərkəzində əlavə polis qüvvələri daxil edilib. Prezident iqamətgahı, parlament, hökumət binaları, Azadlıq meydanı yaxınlığında müxtəlif növ polis xidmətlərinə məxsus fərq nişanları ilə çoxsaylı polis əməkdaşlarına rast gəlmək olar. Şəhərə xüsusi, o cümlədən, zirehli polis texnikası yeridilib. Lakin Ermənistan Polis rəisi Vladimir Qasparyan jurnalistlərə deyib ki, polis etirazçılara qarşı güc tətbiq etməyə hazırlaşmır. O, yüksək rütbəli polis əməkdaşları və mühafizəçiləri əhatəsində etiraz iştirakçılarının arasından keçərək, hökumət tərəfindən elektrik enerji tariflərinin qalxması məsələsi ilə bağlı tədbirlər hazırlandığını və mitinqdən sonra hamının evlərinə gedəcəyinə ümid etdiyini dedi. Bundan az keçmiş Ermənistan prezidentinin bəyanatı yayılıb. Serj Sarkisyan Ermənistan hökuməti Ermənistan Elektrik Şəbəkələri şirkətində audit keçiriləcəyi qərarı qəbul olunduğunu bildirib, və audit başa çatmayınca elektrik enerji tariflərinin qaldırılması qərarı dondurulur. Bu müddət ərzində Elektrik Şəbəkələr şirkətinin “itkilərini” Ermənistan hökuməti ödəyəcək.

Qələbə yoxsa kiçik müvəffəqiyyət?

Prezident aparatından alınan məlumat aksiya iştirakçılarının bir hissəsi arasında qələbə kimi qarşılandı və şadlıq doğurdu. Lakin “Talana yox!” təşəbbüs qrupu hələ buna münasibət bildirməyib. Bu, axşam keçiriləcək növbəti mitinqdə məlum olar. “Talana yox!” təşəbbüs fəallarından biri Vağınak Şuşanyan prezident aparatından təklif olunan tədbirləri “kiçik müvəffəqiyyət” kimi qiymətləndirdi. “Bu, bizim tələbimizin həlli deyil. Bu, etiraz aksiyasını zəiflətmək cəhdidir”, – BBC müxbirinə Vağinak Şuşanyan dedi.

Aksiya iştirakçılarının sayı hər saat artır. Aksiya yerində hələ dinamiklərdən mahnılar səslənir. Görünür ən azı bu gecə də Bağramyan prospekti açılmayacaq. Əlbəttə, polis rəisi Vladimir Qasparyan şənbə və bazar günləri güc tətbiq etməmək vədinə əməl etsə. Yerevanda elektrik enerji tariflərinin qaldırılması qərarın ləğv edilməsi tələbilə etiraz aksiyası davam edir. İyunun 19-da Azadlıq meydanında mitinqdən başlayan etirazlar iyunun 22-dən prezident iqamətgahına gedən Bağramyan prospektində davam edir. İyunun 23-ü səhəri polis tərəfindən su şırnaqları və güc tətbiq edilərək dağıldıqdan sonra aksiya iştirakçılarının sayı daha da artıb. Nümayişçilər Bağramyan prospektinin başlanğıcında polis qüvvələri ilə üzbəüz dayanıb. Gecə-gündüz etirazçılar aksiya yerini tərk etmir. On minlərlə adamın iştirakı ilə hər axşam keçirilən mitinqlərdən sonra minlərlə insan burada gecələyir.

Şənbə günü aksiya yerində gənclər mahnı oxuyur, rəqs edir, bəzi sakinlər üçün bura gəzinti yerinə çevrilib. Adamlar aksiya iştirakçıları üçün pulsuz su, və yemək gətirib paylayırlar.

~ tərəfindən Patriot 28/06/2015.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma