İQTİDAR “QALXANINI” İTİRİR

aspa

Hakimiyyət beynəlxalq aləmdə təklənib

Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) Azərbaycanla bağlı sərt qətnamənin qəbul olunması hakimiyyətdə ciddi narahatlıq yaradıb. Məlumat üçün deyək ki, qətnamə 140 nəfər lehinə, 13 nəfər əleyhinə olmaqla qəbul edilib. Qətnamədə Azərbaycan hakimiyyətindən siyasi məhbusların dərhal azadlığa buraxılması, repressiyalara, mətbuata basqılara son qoyulması, insan haqları sahəsində, məhkəmə sistemində islahatlar aparılması tələb olunur.

AŞ PA-da belə bir qətnamənin qəbul ediləcəyi gözlənilirdi. Lakin hakimiyyətdə o ümid də var idi ki, “kürü diplomatiyası” vəziyyəti dəyişdirə bilər. Hələ müzakirələr zamanı iqtidarın bütün cəhdlərinin boşa çıxdığı aydın oldu. Nəhayət, qətnamənin əleyhinə 13 nəfərin çıxmağı Azərbaycan hakimiyyətinin AŞ PA-da dayaqlarının ciddi şəkildə sarsıldığını ortaya qoydu.

Məlumata görə, hakimiyyətdə narahatlıq artıq AŞ PA-nı da itirməsilə bağlıdır. Zaman-zaman Azərbaycan iqtidarı beynəlxalq aləmdə bu qurumdan qalxan kimi istifadə edib. Özünə olan beynəlxalq təzyiqləri məhz AŞ PA-da neytrallaşdıra bilib. Hakimiyyət fərqindədir ki, artıq bu mümkün olmayacaq. Iqtidar başa düşür ki, beynəlxalq aləmdə təklənib.

Ona görə də ənənəvi olaraq şantaja keçib və “Qarabağ kartı”ndan istifadə edərək vaxtilə qalxan kimi istifadə etdiyi AŞ PA-nın da “ermənipərəst” qurum olduğunu ictimai rəyə sırımağa çalışır. Lakin AŞ PA-dakı müzakirələrdən bir neçə gün əvvəl Almaniya Bundestaqında Azərbaycanla bağlı qətnamə qəbul edildi. Bundestaqda müzakirələr aparılarkən Azərbaycanın torpaqlarının işğal olunduğu vurğulandı, bu qətnaməyə salındı. “Vətənpərvər” Azərbaycan iqtidarı isə Almaniyanı topa tutdu. Rəsmi dövlət qəzeti olan “Azərbaycan”da Almaniyanın kansleri Angela Merkel təhqir edildi. Çünki Bundestaqda qəbul olunan qətnamədə də Azərbaycan hakimiyyətindən siyasi məhbusları azad etmək, insan haqları sahəsində islahatlar aparmaq tələb olunurdu. Bu fakt göstərir ki, Azərbaycan hakimiyyəti “Qarabağ kartı”ndan yalnız öz maraqları üçün yararlanır. Avropa strukturları da bunun fərqində olduğundan artıq hakimiyyətin Qarabağ nağıllarına ciddi yanaşmır.

~ tərəfindən Patriot 26/06/2015.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma