20 YANVAR CİNAYƏTİNDƏ ADI KEÇƏN PRİMAKOV ÖLDÜ

primakov

“Primakov 20 yanvar faciəsinin əsas təşkilatçısı və ideya atası olub”

Rusiyanın keçmiş baş naziri, sabiq xarici işlər naziri Yevgeni Primakov bu gün vəfat edib.
Yaxınlarının verdiyi məlumata görə, akademik Y.Primakov 86 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib.
Prezident Vladimir Putin Y.Promakovun vəfatı ilə bağlı başsağlığı verib.

Y. Primakov Azərbyacanda yaxşı xatırlanmır. 1990-cı il 20 yanvarında Bakıya sovet qoşunlarının çağırılmasının əsas təşəbbüskarlarından olan Primakov Azərbaycandakı siyasi böhran zamanı sovet hakimiyyətinin işini tənzmiləmək üçün Qorbaçov tərəfindən Bakıya göndərilib.

Yevgeni Primakov sovet ordusunun şəhərə girməyəcəyini rəsmi şəkildə bəyan etsə də, sonradan onun yalan danışdığı üzə çıxıb. Mixail Qorbaçova yazdığı hesabatda o “Bakıya təcili ordu hissələrinin yeridilməsinin vacibliyi”ni yazıb.

20 yanvarla bağlı qaldırılmış cinayət işində Primakovun adı əsas günahkarlar sırasında qeyd olunurdu

Qeyd edək ki 20 yanvar faciəsinə hüquqi qiymətin verilməsi ilə bağlı dinləmələrdə məhz Heydər Əliyevin göstərişi əsasında bu qanlı hadisənin əsas təşkilatçılarından biri – o vaxt SSRI rəhbərliyində təmsil olunan Yevgeni Primakovun adı günahkarların siyahısından çıxarılmışdı.

~ tərəfindən Patriot 26/06/2015.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma