HÖKUMƏTDƏN DAHA BİR ALMANİYA YALANI

almaniya

Bundestaqda qəbul olunan sənədi hakimiyyət niyəyalana çıxarmağa çalışır?

Artıq bir neçə gündür ki, hakimiyyətyönlü mətbuat Almaniya Bundestaqında Azərbaycanda insan haqları və demokratiya ilə bağlı qətnamənin qəbul olunmadığının təbliğatını aparırlar. Bunu böyük uğur kimi təqdim edən hakimiyyət mediası bununla Azərbaycana qarşı yönələn beynəlxalq təzyiq kampaniyasında dönüş edildiyini qələmə verməyə çalışır.

Amma fakt faktlığında qalır. Bir neçə gün öncə Almaniya Bundestaqında “Azərbaycanda insan hüquqlarının qorunmasını tələb etmək” adlı qətnaməni səs qoyub və Azərbaycanın ünvanına sərt mesajların olduğu sənəd qəbul edilib. Sənəddə Almaniya hökuməti Azərbaycanda insan haqlarının vəziyyətinin yaxşılaşdırılması, siyasi məhbusların azadlığa buraxılması üçün təcili addımlar atmağa çağırıb. Qətnamədə vurğulanıb ki, Azərbaycanda 2013-cü ildə keçirilən son prezident seçkisindən sonra insan haqlarının vəziyyəti kəskin şəkildə pisləşib. Rejimi tənqid edən şəxslərin bir hissəsi ölkədən getmək məcburiyyətində qalıb, bir qismi də həbsxanaya salınıb: “Azərbaycan, demək olar, insan haqlarının müdafiəsi ilə bağlı bütün əsas beynəlxalq konvensiyalara qoşulub. Məsələn, 2002-ci ildə Insan hüquqları və əsas azadlıqların müdafiəsinə dair Avropa Konvensiyasını ratifikasiya edib. Bununla da Azərbaycan öz üzərinə fundamental hüquqların qorunması, insan haqlarının müdafiəsi, demokratik və konstitusion normalara riayət olunmasıyla bağlı öhdəlik götürüb”.

Sənəddə qeyd edilir ki, Azərbaycanda insan haqları, xüsusən söz və mətbuat azadlığı, dini etiqad azadlığı, sərbəst toplaşma azadlığı, birləşmə azadlığı sistemli şəkildə pozulur. Əslində sənəddə qeyd olunan bir məqama görə, Azərbaycan hökuməti Almaniyaya minnətdar olmalıdır. Qəbul olunan sənəddə vurğulanır ki, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı problemi var və torpaqlarının bir hissəsi Ermənistanın işğalı altındadır: “Ölkənin Dağlıq Qarabağ və ətraf rayonlardan didərgin düşmüş 586 min məcburi köçkünü var. Belə ki, Azərbaycan torpaqlarının bir hissəsi 1993-cü ildən bəri Ermənistanın işğalı altındadır. Üstəlik, 250 min azərbaycanlı Ermənistandan qaçqın düşüb. Bu da ölkə üçün sosial, iqtisadi və siyasi baxımdan böyük yükdür. Azərbaycan hökuməti son illərdə onların vəziyyətinin yaxşılaşdırılması üçün bir sıra addımlar atıb”.

Amma beynəlxalq mediada geniş işıqlandırılan Bundestaqdakı müzakirələri hakimiyyət mediası yalana çıxarmağa çalışır. Təkidlə iddia olunur ki, Almaniya Bundestaqında Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı qətnamə layihəsi qəbul olunmayıb.
Belə bir qətnamə qəbul edilməyibsə, nəyə görə bir neçə gün əvvəl Azərbaycanın Xarici Işlər Nazirliyi Bundestaqda qəbul olunan qətnaməyə etiraz əlaməti olaraq bəyanatla çıxış etdi.

Almaniya Bundestaqında Azərbaycan əleyhinə qətnamənin qəbul edilməsi ilə əlaqədar bu ölkənin Bakıdakı səfiri Xarici Işlər Nazirliyinə çağırılıb və Almaniya Bundestaqının qəbul etdiyi bu qərarla bağlı qəti etiraz bildirilib.

Nazir müavini Xələf Xələfov isə belə bir qətnaməni qəbul olunmasını Azərbaycana münasibətdə aparılan ikili standartlar siyasətindən irəli gələn qara piar aksiyası kimi dəyərləndirib: “Qətnamədə göstərilən əsassız qaralamaq xarakterli ittihamlar Almaniya və Avropa siyasi dairələrinin məqsədyönlü kampaniyasıdır və bu, Avropa ilə əlaqələrə xüsusi əhəmiyyət və töhfə verən Azərbaycan Respublikası üçün təəssüf doğuran haldır və qəbuledilməz hesab edilir. Bu siyasətin davam etdirilməsi Azərbaycanla Almaniya arasında yüksək səviyyədə inkişaf edən münasibətlərə və dialoqa ağır zərbə vurur. Bunun nəticələri ilə bağlı məsuliyyət, bu qətnamənin qəbul olunmasının təşəbbüsçüsü olan və dəstək verən siyasi dairələrin və Almaniya tərəfinin üzərinə düşür”.

Bundan başqa, Bundestaqda qəbul olunan qətnaməyə Milli Məclisdən də reaksiya gəlib. Hətta deputatlar Azərbaycan hökumətini Azərbaycana səfəri nəzərdə tutulan Almaniya rəsmi nümayəndə heyətini yüksək səviyyədə qəbul etməməyə çağırıb. Bundestaqın iyunun 12-də qəbul etdiyi qətnamə ilə əlaqədar MM-in beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin genişləndirilmiş iclasında bəyanat da qəbul edilib. Bəyanatda Bundestaqın Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı qəbul etdiyi qətnaməyə etiraz öz əksini tapıb. Qeyd olunub ki, sözügedən bəyanat Azərbaycan və Almaniya dövlətləri arasında münasibətlərə xələl gətirməyə, Azərbaycanın beynəlxalq nüfuzuna kölgə salmağa yönələn qərəzli və həqiqətdən uzaq bir sənəddir. Odur ki, MM “ölkəmizə qarşı bu kinli və pis niyyətli aksiyanı qətiyyən qəbul etmir”.

Deputatlar son dövrdə Almaniyada Azərbaycana qarşı məqsədyönlü kampaniyanın həyata keçirildiyini də qeyd ediblər. “Bu, bir tərəfdən Almaniyadakı erməni lobbisinin təsiri ilə bağlıdırsa, digər tərəfdən vaxtilə ikitərəfli münasibətlərdə gərginlik yaratmış ”Ştrasser məsələsi”nə görə Almaniyanın bəzi siyasi dairələrinin Azərbaycandan qisas almaq niyyəti ilə bağlıdır”- deyə bəyanatda bildirilir.

Beləliklə, Azərbaycana qarşı heç bir qətnamə qəbul edilməyibsə, o zaman bu dövlət strukturlarının reaksiyaları nədən irəli gəlir. Azərbaycandakı real durum beynəlxalq arenada yüksək səslə müzakirəyə çıxarılıb, hakimiyyət tənqid olunmayıbsa, son zamanlar hakimiyyətyönlü mətbuatda gedən həyəcan dolu məqalələr, yazılar nədən xəbər verir?!.

~ tərəfindən Patriot 20/06/2015.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma